Demokrat.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Şahmar Hüseynov İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib.
Onun əvəzinə “Umid Babək Əməliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru Əli Qurban oğlu Qurbanov “Azneft” İB-yə yeni baş direktor təyin edilib.
Qeyd edək ki, Əli Qurban oğlu Qurbanov 1991-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu “Neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi” ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1991-ci ildə “28 May” adına Neft Qaz Çıxarma İdarəsində 4-cü dərəcəli neft qaz çıxarma operatoru kimi başlayıb və 1998-ci ilə qədər həmin idarədə özül rəisi vəzifəsinə qədər yüksəlib. 1998-ci ildən başlayaraq bp şirkətində fəaliyyətini davam etdirib, 2011-ci ilə qədər Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və Azərbaycanda müxtəlif layihələrdə çalışıb.
2011-ci ildən başlayaraq SOCAR-ın baş ofisində neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidentin neft-qaz hasilatı üzrə müavini vəzifəsində fəaliyyət göstərib.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Источники
-
infoaz.wsŞahmar Hüseynov vəzifəsindən azad edildi ( 5027875)
-
afn.az“Azneft”in baş direktoru da vəzifəsindən azad edildi - ( 5026252)
-
herbiand.azŞahmar Hüseynov vəzifəsindən AZAD EDİLDİ - FOTO ( 5025952)
-
qafqazinfo.az“Azneft”in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat - FOTO ( 5025730)
-
demokrat.az“Azneft”in baş direktoru vəzifəsindən azad edildi — YENİ TƏYİNAT ( 5024899)
-
nocomment.azŞahmar Hüseynov vəzifəsindən AZAD EDİLDİ – FOTO ( 5024317)
-
1news.az“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinat ( 5024131)
-
reyting.az“Azneft”in baş direktoru vəzifəsindən azad edilib - Yeni təyinat ( 5023828)
-
sabah.az“Azneft”in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat ( 5023399)
-
day.azŞahmar Hüseynov vəzifəsindən AZAD EDİLDİ ( 5022613)