“Tacikistanda “Crocus”dakı terror aktı ilə əlaqədar 9 nəfər saxlanılıb” – “Reuters”
“Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin əməkdaşları “Crocus City Hall” və “Xorasanda İslam Dövləti” qruplaşmasının terror aktı ilə bağlı şübhəli şəxslərlə əlaqəsi olduğu iddia edilən 9 nəfəri saxlayıb”. Yeniavaz.com xəbər verir ki, bu barədə Tacikistanın təhlükəsizlik güclərindəki mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb. Bildirilir ki, 9 nəfərin hamısı martın 25-də Vəhdət şəhərində saxlanılaraq Düşənbəyə aparılıb.