RU

Emin Ağalarovla “Crocus”da baş verən terror aktından sonra ilk böyük MÜSAHİBƏ - VİDEO

“Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov martın 22-də “Crocus City Hall” konsert zalında baş verən terror aktından sonra ilk böyük müsahibəsini verib.
 
Biznesmen hamını ən çox maraqlandıran - məsələn, tamaşaçıların təxliyəsi ilə bağlı suallara cavab verib. Onun sözlərinə görə, sistem ümumilikdə düzgün işləyib, çünki tamaşaçıların 98%-i qaçmağı bacarıb, əvvəllər qeyd olunan bağlı təxliyə çıxışları isə əslində yardımçı müəssisənin qapıları olub.
 
Ağalarovun sözlərinə görə, yanğınsöndürmə sistemi işləyib, lakin məqsədyönlü yanğın qarşısında zəif qalıb:
 
“Əgər bu mümkün olsaydı, dünyada müasir binalarda yanğın olmazdı. Biz bilirik ki, onlar tez-tez tamamilə yanır”, - deyə Xalq artisti vurğulayıb.
 
Ümumilikdə müsahibədə Emin Ağalarovla demək olar bütün məsələlər, hətta müşahidə kameralarının qeydlərinin harda olması müzakirə olunub.
 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
187
3
Источники
Комментарий ()
Закрывать