RU

Rusiya baş nazirin birinci müavini yeni kabinetə daxil olmaya bilər

Rusiya baş nazirinin birinci müavini Andrey Belousov yeni Nazirlər Kabinetinə daxil olmaya bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Agentliyin mənbəsinin sözlərinə görə, Belousovun yeni işə keçməsi ehtimal olunur. Bunun üçün əsas variantlarından biri Hesablama Palatasının rəhbəri vəzifəsinə təyinatdır.

Hazırda bu vəzifə keçmiş rəhbər Aleksey Kudrinin "Yandex"ə keçməsindən sonra boşdur.

Martın 22-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya hökumətinin yeni tərkibini prezident Vladimir Putin parlamentin iştirakı ilə formalaşdıracaq.

Aydın

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
222
50
qaynarinfo.az

10Источники