Fransa prezidenti Emmanuel Makron Çin prezidenti Si Cinpinlə Parisdə Olimpiya Oyunları zamanı dünyada hərbi əməliyyatların dayandırılmasını müzakirə edəcək.
Bu barədə Makronun özü məlumat verib.
Fransa prezidenti vurğulayıb ki, o, Olimpiya barışığı üzərində işləməyə davam edəcək və bu işdə Çin dövlət başçısından ona kömək istəyəcək.
Bundan başqa, Makron bu məsələyə digər ölkələrin liderlərini də cəlb edəcəyini bildirib.