RU

Bank sektorunun aktivləri ilk rübdə 241 mln. manatdan çox azalıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun aktivləri 48 milyard 909,9 milyon manat təşkil edib.

"APA-Economics"in hesablamasına görə, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 0,5% və 241,3 milyon manat azdır. Bu ilin əvvəlində yerli bankların cəmi aktivləri 49 milyard 151,2 milyon manata bərabər olub.

Bu dövrdə sektorun cəmi kredit portfeli isə 4% və ya 919,2 milyon manat artaraq 24 milyard 155,1 milyon manata yüksəlib. Qeyd edək ki, ilin əvvəlində bankların cəmi kredit portfeli 23 milyard 235,9 milyon manat təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
108
4
Источники
Комментарий ()
Закрывать