- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Şou-biznesə atdığı ilk addımlardan oxuduğu mahnılara görə daş-qalaq edilən ifaçı müsahibələrinin birində bu barədə danışarkən bildirib: "Bizi sevən insanlar üçün çalışırıq. Bu gün tərzimi də onlara uyğunlaşdırıram. Mən əslində başqa bir tərzdə dünyaca məşhur pop ulduzlar kimi çıxışlar edə bilərdim. Amma məni belə sevdilər. Çox təəssüf ki, bu gün mənim janrımda olan mahnılar daha çox sevilir. Məndə bu mahnıları oxuyub insanların sevimlisi oluram".
Səhnəyə gəldikdən sonra onu dəstəkləyənlərdən biri də Xalq artisti Röya Ayxan olub. İfaçının sözlərinə görə, Röyanın ifa tərzi ilə bağlı ona yazdığı xoş sözlər onu daha da ruhlandırıb, sənətdə irəliləməsi üçün ona motivasiya verib: "O hazırda olduğu yerdən də yüksəkliyə layiq bir insandır. Vaxtilə Röyadan gözəl sözlər eşitmək mənim üçün böyük dəstək idi".
***
İki övlad anası olan sənətçi ana kimi xoşbəxt olsa da, qadın kimi hələ tam xoşbəxtlik tapmayıb. Müğənni ilə ailə qurmaq istəyənlər çox olsa da o bu təklifləri geri çevirib. Sənətçi evlilik həyatına birdəfəlik son verib.
Yenidən evlənməsi ilə bağlı şayiələrə isə efirlərdən birində verdiyi bu açıqlama ilə son qoyub: "Özüm boyda övladlarım var. Onların üstündə yeni bir ata olmasını istəmərəm. Amma sevgisiz də qalmaram. Xanım tək yaşayırsa, hər axşam evə gedəndə başını yastığa qoyub ağlayır. Ən çətin günlərim də məhz o günlər olur".
***
İfaçının adı ara-sıra yüksək məbləğ pullarla yanaşı çəkilib. O anasına 270 min manata aldığı villa və özünün 250 minlik bağı ilə gündəmə gəlib. Çoxlarını düşündürən "bu qiymətdə bağı ona kim alıb?" - sualına Nəfəs bu cür aydınlıq gətirib: "Çox istərdim deyim ki, yoldaşım və ya sevgilim alıb. Xanım kimi mən də bir bəy tərəfindən qürurlanmaq istəyirəm. Amma elə deyil. O bağı öz əziyyətimlə almışam".
***
Müğənni televiziya proqramlarından birində boşanma səbəbindən də söhbət açıb:"Yaşadıqlarım mənim üçün zərbə oldu amma yenə də yıxılmadım. Övladlarıma görə dirənərək yaşayacam. Anam da mənim taleyimi yaşayıb. Övladlarıma görə körpüləri yandırmadım. Nənəsi, babası, atası kömək edir, maraqlanırlar. Maddiyyatla ata ola bilərəm, mənəviyyatla ola bilmərəm. Övladlarımın atasız qalmağını istəmərəm"
***
Qeyd edək ki, hazırda efirlər gec-gec çıxan Nəfəs bunun səbəbini də məhz maddiyyatla əlaqələndirir.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.