- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Parataekvondo üzrə Azərbaycan millisi ötən gün Qubada təlim-məşq toplanışına başlayıb.
Futbolinfo.az xəbər verir ki, yayda Serbiyada keçiriləcək Avropa çempionatına hazırlıq məqsədilə təşkil olunan toplanışa 6 idmançı cəlb edilib.
Baş məşqçi Fərid Tağızadənin rəhbərlik etdiyi təlim-məşq toplanışında Sabir Zeynalov, Amin Əliyev, Amin Şıxəliyev (hamısı 58 kq), İmaməddin Xəlilov (70 kq), Əbülfəz Abuzərli (80 kq) və Orxan Cəfərov (+80 kq) iştirak edirlər. Hazırlıq prosesi mayın 4-də başa çatacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.