RU

Hansı ərazilər Ermənistanla dəyişdirilə bilər? - Açıqlama

“Anklav məsələsi ilə bağlı beynəlxalq praktika var. Bunun ən düzgün yolu ərazi mübadiləsidir. Bu alınmayanda kompensasiyayla əvəz olunur. Hazırda bizim faktiki olaraq beynəlxalq hüquqla 4 kəndimiz ermənilərin, onların isə1 kəndi bizim nəzarətimizdədir”.

Bunu Bakupost.az -a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.
O, daha sonra çıxışına bunları əlavə edib:

“4 anklav olmayan kəndlərin məsələsi həll olunandan sonra Cənab Prezident də yanvarın 10-da televiziyada çıxışı zamanı bildirdi ki, yeni ekspert qrupu yaranacaq və onlar danışıqlar yoluyla bu məsələni həll edəcəklər. Həll yolunun isə bir daha qeyd edirəm ki, beynəlxalq praktikada iki prinsipi var: ərazi mübadiləsi və kompensasiya. Ərazi mübadiləsində Azərbaycana indiki şəkildə ən uyğun olanı Başkəndlə, yəni erməni anklavıyla bizim Kərki kəndinin əvəzlənməsidir".

İ.İsmayıl Yuxarı Əkisparayla da ərazi mübadiləsinin də mümkün olduğunu bildirib:

"Çünki Yuxarı Əkisparayla Aşağı Əkisparanın arasında erməni kəndləri və ərazisi var. Biz o kəndlərə getmək üçün 2,5 kilometr məsafəni erməni kəndlərinin içindən keçməliyik. Biz oranın strateji yüksəklik olduğunu deyirik, amma orda hərbi baza yaratmağa imkan verməyəcəklər. Biz də Başkəndi onlara versək, onlara da orda hərbi baza yaratmağa imkan verməyəcəyik. Amma hər iki kəndin əraziləri bir-birinə uyğundur. Bu iki kənd mübalidə olsa, Barxudarlı və Soflu kəndiylə Azərbaycan sərhədinin arasında Ermənistanın kiçik bir torpaq ərazisi var, biz Kərki kəndini də verib bizi birləşdirən Ermənistan torpaqlarını özümüzə birləşdirəcəyik. Məsələ bununla da bitmiş olur".

İ.İsmayıl qeyd edib ki, Başkənd də, Kərki də Azərbaycan və Ermənistan dövlət sərhədindən 10 kilometrdən artıq bir məsafədə yerləşir:

"Siz təsəvvür edin ki, Kərki kəndinə gedərkən və qayıdarkən erməni postlarından keçməliyik. Bu prespektiv narahatçılıq və hətta deyərdim ki, təxribat mənbəyidir. O cümlədən Başkəndi onlara versək, ora yeddi kəndimizin içindən erməni keçib gələsi deyil. Və yaxud da ki, o yola Gədəbəyin iyirmi kəndi çıxır. Bu prespektiv isə təhlükə, təxribat deməkdir. Ona görə də ən yaxşı vəziyyətdə ərazi mübadiləsidir. Düzdü, Yuxarı Əskipara kəndində tarixi abidələrimiz var. Amma bu məsələnin köklü şəkildə həll olunması üçün ərazi mübadiləsi mütləqdir. Çünki burda bizim itirəcəyimiz heç nə yoxdur. Ona görə ekspert qrupu bunu hazırlayır. Çünki protokolda da 1 iyula qədər bu məsələnin prinsipial razılığı əldə olunmalıdır. Ərazi mübadiləsi qaçılmazdır”.

Vasif Əlihüseyn
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
38
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8925
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5498
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5317
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
5101
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4990
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3907
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3177
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
3045
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
3044
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2818
Sabah 20 dərəcə isti olacaq
2809
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
2506
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2350
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2333
Röyanın biabırçı videosu yayıldı
2330
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2169
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2129
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
2078
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1777
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1721