RU

İddialar təsdiqini tapdı: Z nəsli daha sürətli qocalır -Səbəb nədir?

Bu gün gənclər əvvəlki nəsillərə nisbətən daha tez qocalır və onlar arasında xərçəng nisbətləri artır. Bu, genetika, həyat tərzi, qidalanma və ətraf mühit amilləri ilə əlaqəlidir.

Medicina.az xəbər verir ki, Z nəslinin sürətlə qocaldığı ilə bağlı iddialar son vaxtlar sosial şəbəkələrdə də geniş müzakirə olunur.

Sosial şəbəkələr üzə çıxardı

Xüsusilə “TikTok”da iddia olunur ki, hazırda 27 yaşından aşağı olan gənclər özlərindən əvvəlki nəsildən, (1981-1996-cı illərdə doğulanlar) daha yaşlı görünürlər.

Buna ilk diqqət çəkənlərdən biri, 26 yaşı olan və 12 milyon izləyicisinə daim böyük qardaşı ilə səhv salındığını etiraf edən Cordan
Houlett olub.

"Biz əvvəlki nəslin nümayəndələrinin Z nəslindən daha gənc göründüyü bir dövrdə yaşayırıq. Mən Z nəsliyəm və heç kim buna inanmır. Bunun əsas səbəbi stressdir”, - o bildirib.

Elmi sübutları da var

Elm adamları da son dövrlərdə bu iddiaları təsdiqləyən açıqlamalar veriblər. Məsələn, Beynəlxalq Xərçəng Konfransında gündəmə gələn bir araşdırma müəyyən xərçəng növləri (xüsusilə ağciyər, mədə-bağırsaq və uşaqlıq yolu xərçəngi) diaqnozu qoyulmuş gənclərdəki vəziyyətin tədqiqatçıların “sürətlənmiş qocalma” kimi təsvir etdikləri halla əlaqəli olduğunu göstərib.

Sadə dillə desək, gənclərin bioloji yaşı faktiki yaşlarından əhəmiyyətli dərəcədə böyükdür. Ona görə də hüceyrə səviyyəsində yaşlılıq əlamətləri müəyyən xəstəliklərə daha erkən tutulmaq riskini artırır.

Sürətli qocalma elmin son dövrlədə arşadırmağa başladığı bir sahədir. Bu, həyat tərzi, qidalanma, ətraf mühit və stress kimi faktorların bədəndə yaratdığı aşınmaları əks etdirir.

ABŞ tədqiqatçıları, 1965-ci ildən sonra doğulan hər nəsildə sürətli qocalmanın güclü sübutlarının olduğunu və buna görə də xərçəng riskinin artdığını söyləyirlər. Bu o deməkdir ki, 1997-2012-ci illər arasında anadan olan və hazırda gənclik dövrünü yaşayan Z nəslinin nümayəndələri özvalideynləri (və ya nənə və babalarına) nisbətən daha erkən mərhələdə xərçəng kimi ölümcül xəstəliklərə tutula bilərlər.

Şeffild Universitetinin Sağlamlıq İnstitutunun direktoru, professor İlaria Bellantuono bunun inandırıcı olduğunu düşünənlərdən biridir.

“Geniş araşdırma aparılmayıb. Amma deyilənlər mümkündür. Biz normalda yaşlı insanlarda inkişaf etməsinə öyrəşdiyimiz xəstəlikləri indi gənclərdə daha çox müşahidə edirik. Bioloji qocalma bu xəstəliklər üçün risk faktorudur. Siqaret çəkənlərin ağciyər xərçəngi riski artdığı kimi, sürətlənmiş qocalma da bir çox uzunmüddətli xroniki vəziyyətlərin riskini artırır”, - deyə o bildirib.

Bu gün elm adamları bütün dünya əhalisi arasında erkən yaşda başlayan bədxassəli şişlərin az qala epidemiya səviyyəsinə çatmasından narahatdırlar. 42 yaşında xərçəng diaqnozu qoyulduğunu açıqlayan Uels şahzadəsi Keyt Middlton da buna bir nümunədir.

Statistikaya görə, 1990-cı illərin əvvəlləri ilə 2018-ci illər arasında Böyük Britaniyada 25-49 yaş arasında xərçəng halları 22 faiz artıb; bu, digər yaş qruplarından daha yüksək nəticədir. Eyni zamanda, 1990-cı illərin əvvəlindən 2018-ci ilə qədər olan artımdan iki dəfə çoxdur.

Harvard Universitetindən Dr. Şuji Oqino tərəfindən aparılan bir araşdırma, xərçəng nisbətlərinin 20-ci əsrin ortalarından bəri davamlı olaraq artdığını göstərir.

“Müəyyən etdik ki, 1950-ci ildən bəri hər bir ardıcıl nəsildə erkən xərçəng riski daha yüksəkdir”, - ekspert bildirib.

Gənclərdə bioloji qocalmanı nə sürətləndirir?

Buna nəyin səbəb olduğunu heç kim dəqiq bilməsə də, ipucları var.

Dr. Oqino qeyd edir ki, Böyük Britaniya və ABŞ kimi yüksək gəlirli ölkələrdə 1950-ci illərdən bəri doğulmuş nəsillər tərkibində yüksək miqdarda yağ, şəkər və duz olan emal olunmuş qidalara, həmçinin süni ləzzətlərə, rənglərə və sənaye kimyəvi maddələrinə getdikcə daha çox məruz qalırlar. Onun araşdırması 50 yaşdan aşağı insanlarda daha çox rast gəlinən 12 xərçəng növündən 8-nin həzm sistemi ilə əlaqəli olduğunu müəyyən edib.

Məsələn, Yaponiyada pəhrizlərə daha çox balıq, tərəvəz və paxlalı bitkilər daxil olduğu üçün bu erkən başlayan xərçənglərdə artım müşahidə edilməyib.

Mütəxəssislər digər səbəbin elektron siqaret olduğunu düşünürlər. Bu siqaretlər erkən yaşlanmaya səbəb ola bilər.

Artan psixoloji sağlamlıq problemləri də insanların daha sürətli qocalmasına gətirib çıxarır. “NHS England”a görə, keçən il 20-25 yaş arası hər beş nəfərdən birində psixi sağlamlıq pozğunluğu qeydə alınıb.

“London King's College”in tədqiqatçısı Dr. Culian Matz, depressiya diaqnozu qoyulan bu insanların psixi sağlamlıq problemi olmayanlarla müqayisədə DNT-lərində qoruyucu telomerlərin daha qısa olduğunu müəyyən edib. Qeyd edək ki, bioloji yaşı müəyyən etmək üçün telomerlərin uzunluğuna baxılır.

Yalnızlıq da erkən qocalmanı sürətləndirir. Z nəsli internetdə daha çox vaxt keçirən “ən tənha nəsil” olaraq xarakterizə edilir.
Gənc nəslin təxminən 73 faizi özlərini bəzən və ya həmişə tənha hiss edirlər.

Amerikalı cərrah, Dr. Vivek Mörfi deyir ki, daimi tənhalıq gündə 15 siqaret çəkmək qədər zərərli ola bilər və sosial cəhətdən təcrid olunmuş insanlarda vaxtından əvvəl ölüm riski 32 faiz yüksəkdir.


Aysel



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
129
9
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
11089
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
6273
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
6205
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
6063
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
5965
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
5820
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4185
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
3839
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3692
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
3628
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
3478
Sabah 20 dərəcə isti olacaq
3217
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3021
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2825
Röyanın biabırçı videosu yayıldı
2754
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2614
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
2597
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
2528
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2512
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2350