RU

Aqressiv revanşistlər:Sirkə nə qədər tünd olsa...

Ermənistan rəsmilərinin son aylardakı açıqlamaları sübut edir ki, İrəvan artıq Azərbaycanla yekun sülh sazişini imzalamaqdan başqa yolunun olmadığını anlayır. İrəvan Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsi, kommunikasiyaların bərpası istiqamətində praktik addımlar atılmasının qaçılmaz proses olduğunu qəbul etdi. Başqa yolu yoxdur. Ermənistan Qərbdəki havadar-larından dəstək ala bilmədi, rəsmi Bakı həmin ölkələrin ölkəmizə qarşı əsassız təzyiq cəhdlərini inamla zərərsizləşdirdi. Antiterror tədbirlərindən sonra ölkəmizə qarşı təzyiq cəhdləri sıradan çıxdı, beynəlxalq ictimaiyyətdən gözləntilər özünü doğrultmadı. Fransa–Ermənistan tandeminin əsassız iddialarla BMT-nin Təhlükəsizlik Şurasında ölkəmiz əleyhinə qərarların qəbuluna yönələn səyləri iflasa uğradı.  Beləliklə, Ermənistan hakimiyyəti Qərbdəki havadarlarına arxalanaraq, sülh gündəliyinə xələl gətirən, prosesi süni şəkildə yubadan addımların mənasızlığını dərk etməli oldu.

Aprelin 19-da Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimita-siyası üzrə Dövlət Komissiyasının, eləcə də delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü iki ölkə arasında uzun illərdən bəri davam edən gərginliyin azaldılması, yekun sülh sazişi layihəsi üzərində aparılan işin sürətləndirilməsi baxımından önəmli addım oldu. Əldə olunmuş razılaşmaya əsasən, sərhəd xətti Bağanis (ER) – Bağanıs Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçəcək. Beləliklə, Qazax rayonun işğal altında olan 4 kəndi birinci mərhələdə Azərbaycana təhvil verilir. Tərəflər sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə də razılığa gəliblər.

Erməni istehkamçılar aprelin 22-dən Aşağı Əskipara kəndində Müqəddəs Məryəm kilsəsi ilə bitişik ərazilərdə sərhədləri daha da dəqiqləşdirmək məqsədilə minalardan təmizləmə işlərinə başlayıblar. Erməni mətbuatının yaydığı məlumatlara görə, Azərbaycanla delimitasiya nəticəsində yeni sərhəd Ermənistan tərəfinin nəzarətində qalacaq kilsənin yaxınlığından keçəcək. Artıq Azərbaycanla Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. Bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin xidməti media üçün məlumat yayıb. Qeyd olunub ki, iki ölkənin ekspert qruplarının işi davam edir.

Bəhs olunan kəndlərin ölkəmizə qaytarılmasını müxtəlif baxış bucaqlarından dəyərləndirmək mümkündür. Burada razılaşmanın kənar güclərin iştirak etmədiyi görüşdə əldə olunması mühüm əhəmiyyət daşıyır. Bu razılaşma və qısa zaman kəsiyində kəndlərin təhvil verilməsi üçün işlərə başlanılması  sülhün gerçəkləşməsi üçün zəmin formalaşdırmaqla yanaşı, manipulyasiyalarla  bu prosesə əngəllər yaradan bəlli mərkəzlərə tutarlı cavab oldu.

Təəssüflər olsun ki, Azərbaycanın Qazax rayonunun 4 kəndinin geri qaytarılması ilə bağlı əldə edilən razılıqdan sonra Ermənistandakı revanşist qüvvələr hakimiyyətə qarşı etirazlar təşkil etməyə başlayıblar. Revanşistlər bu razılaşmanı həzm edə bilmir və Paşinyan hakimiyyətini “qorxaqlıqda” və “satqınlıqda” ittiham edirlər. Etiraz aksiyaları tərəflər arazında razılaşmanın əldə edildiyini gündən başlayıb. Məsələn, adıçəkilən regionda yaşayan bir qrup erməni kəndlərin Azərbaycana qaytarılmasına qarşı çıxıb. Vəziyyət aprelin 22-də polislə qarşıdurmaya qədər kəskinləşib. Erməni əhalisi Tavuşda minalanmış sahələrin təmizlənməsinin qarşısını almaq üçün öz mövqelərinə basqın ediblər. Bir neçə gündür davam edən bu etirazlar hətta qarşıdurma səviyyəsinə çatdırılıb. Revanşist müxalifət tərəfindən məqsədli və sülhə mane olmaq üçün qızışdırılan əhalinin minalardan təmizləmə işinə mane olmasının qarşısını almaq üçün minalardan təmizləmə işlərinin başlandığı ərazidə polislər canlı divar düzəldiblər.     

Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı çıxan 7 nəfər saxlanılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, Ermənistanın Tavuş vilayətində Gürcüstanla dövlətlərarası avtomobil yolunun bağlanması zamanı xuliqanlıq etməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb. Sakinlərlə danışıqlardan sonra onlar yolu açmağa razılaşıblar. Revanşistlərin qızışdırdıqları Kirants kəndinin bəzi sakinləri də ərazilərin minalardan təmizlənməsinə mane olurlar. Ermənistan-Gürcüstan dövlətlərarası yolunu kəsən etirazçılar isə magistralda tonqal qalayıblar və gecəni orada keçirəcəklərini bəyan ediblər. Yayılan son məlumatlara görə isə, Ermənistan polisi Bağanis Ayrımdan Əskiparaya (Voskepar) gedən yolu bağlayıb. Kənd sakinləri yolun açılmasını tələb ediblər. Erməni mətbuatının məlumatına görə, artıq faktiki olaraq Bağanis Ayrım ərazisində demarkasiya işləri aparılıb və erməni avtomobillərinin bu yolda hərəkət etmək hüququ məhdudlaşdırılıb. Ermənistan hökuməti qəbul edilmiş  qərarı pozmaq niyyətində görünmür. Artıq Tavuş vilayətində minatəmizləmə işlərinə başlanılıb. Erməni mediasının məlumatına görə, əraziyə 25 nəfərədək minaaxtaran cəlb olunub. Azərbaycanla sərhədin delimitasiyası çərçivəsində minalardan təmizlənməsinə başlanılan əraziyə polis əməkdaşları cəlb olunub. Baş nazir Nikol Paşinyan isə Ermənistanla Azərbaycan arasında Dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyasının nəzdində işçi qrupları yaradıb.

Ermənistan və oradakı revanşistlər anlamalıdırlar ki, xarici güclərin təhriki  və ya təzyiqi yalnız bu ölkənin zərərinə işləyir. Onların məqsədi Hayastanı regional layihələrdən kənarda “kölə” kimi saxlamaqdır. Ermənistan sözün əsl mənasında, siyasi, iqtisadi, sosial və bütövlükdə, azadlıq əldə etmək istəyirsə Azərybaycanla sülh bağlamalıdır. Başqa yol yoxdur. Əks təqdirdə məşhur Azərbaycan məsələsində deyildiyi kimi “Sirkə nə qədər tünd olsa öz qabını çatladar.”

Yaqut Ağaşahqızı, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
176
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17932
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14758
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9895
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8317
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7386
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
7159
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7112
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
7031
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6944
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6666
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5694
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5413
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5195
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
5073
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4834
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4546
Sabah 20 dərəcə isti olacaq
4228
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3982
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3345
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3273