RU

Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”

İsveçin “Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı yerli mətbuata açıqlamasında komandadakı durumunu dəyərləndirib.

Futbolinfo.az saytı xəbər verir ki, 22 yaşlı hücumçu Stokholm təmsilçisində heç bir problem yaşamadığını söyləyib: “Futbolda bəzən belə hallar yaranır. Hər kəs bunu yaşaya bilər. Mən həmişə olduğu kimi, işimi görməyə və başımı dik tutmağa çalışıram. Bura gəldiyim ilk gündən məsuliyyətli olmuşam, çox çalışmışam. Heç kimlə problemim olmayıb. Komanda yoldaşlarımla və ətrafındakı insanlarla fantastik münasibətim olub. Bu kluba böyük hörmətim var. Gözəl tarixi və mədəniyyəti olan böyük klubdur. Azarkeşləri də heyrətamizdir”.

Qurbanlı məşqlərdə üzərində var gücü işlədiyini vurğulayıb: “Hamı mənim kim olduğumu bilir. Ən əsası, özüm kim olduğumu bilirəm. Nə etdiyimi başa düşürəm. Heç kim deyə bilməz ki, hansısa məşq zamanı kifayət qədər çox çalışmamışam və ya 100 faiz gücümü ortaya qoymamışam. Hamıya hörmət etmişəm, onlar da mənə hörmətlə yanaşıb. Heç vaxt heç kimə qarşı hörmətsizlik etməmişəm. Soyunub-geyinmə otağında hamı mənim kim olduğumu bilir. Mənim üçün ən vacibi budur”.

O, az oyun vaxtı əldə etməsindən narahatlıq keçirmir: “Bilirəm ki, futbol belə işləyir, bəzən məşqçilər sənin oynaya bilməyəcəyinə qərar verə bilər. Qərarlara həmişə hörmətlə yanaşacağam, vəziyyətə görə məsuliyyət daşıyacağam. Oynamağıma icazə verilməyəndə problem yaradan tipdən deyiləm. Sadəcə, öz səhvlərimə baxıram. Heç kimi günahlandırmıram, heç nədən şikayət etmirəm. Bəhanə axtarmıram”.

Musa mövsümün sonunda komandasını dəyişəcəyini də istisna etməyib: “Açığı, mövsümün mənim üçün belə başlayacağını gözləmirdim. Sürpriz oldu. Hazırda “transfer pəncərəsi” bağlıdır. İndi heç nə edə bilmərik. Yayda nə olacağını birlikdə görəcəyik. Bizim üçün hansının ən yaxşı variant olacağına həmin vaxt baxacağıq. Hələ gəncəm, qarşımda uzun karyeram var”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
48
3
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17924
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14746
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9883
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8317
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7382
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
7153
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7112
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
7027
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6940
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6666
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5693
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5413
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5195
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
5073
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4834
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4546
Sabah 20 dərəcə isti olacaq
4228
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3982
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3345
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3272