RU

Rusiya XİN: NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq

NATO Polşa ərazisində nüvə obyektləri yerləşdirərsə, onlar qanuni hədəfimiz olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

O bildirib ki, belə bir cəhd sabitliyi pozmaq xarakteri daşıyır: “NATO ölkələrinin birgə nüvə missiyalarının sərhədlərimizə yaxınlaşması Rusiya üçün təhlükələri gücləndirir”.

Diplomatın sözlərinə görə, bu, Polşanın təhlükəsizliyi üçün nəyisə dəyişməyəcək: “Lakin müvafiq obyektlər mütləq hədəfə çevriləcək və hərbi planlaşdırmamızda onlar ön planda olacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
40
2
Источники
Комментарий ()
Закрывать

Рейтинг