RU

Bakıda qardaş qardaşını niyə qətlə yetirib? – "Ona cəza verməyin..."/Təfərrüat

Bakının Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə ittiham olunan Bayram Fətəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Reyhan Fətəliyeva ifadə verib.

O bildirib ki, təqsirləndirilən şəxs qaynıdır.

Reyhan Fətəliyeva bildirib ki, hadisədən əvvəl Bayram Fətəliyev onun oğlunu çağırıb: “Həmin vaxt mən yatmışdım, səsə ayıldım. Ona dedim ki, oğlum evdə yoxdur. Sonra baldızımgilə getdim. Geri qayıdanda qətlin baş verdiyini gördüm. Mərhum Vasif hadisə vaxtı içkili olub. O, həmişə içki içir, sərxoş olur, dava salırdı. Əvvəllər mənim yoldaşımla dava edirdi. Yoldaşım rəhmətə gedəndən sonra isə Bayramla dava-dalaş etməyə başladı”.

Daha sonra ifadə verən Gülər Əhmədova bildirib ki, həm təqsirləndirilən şəxs, həm də mərhum onun qardaşıdır: “Ailəmiz həmişə sakit ailə olub. Heyf atamdan, heyf anamdan ki, belə övladları var. Vasifin içkiyə meylli olması hadisələrin bu yerə çatması ilə nəticələndi. Mərhum qardaşım davakar idi. Günahkar odur. Bayramın heç bir günahı yoxdur. Mərhum qardaşım hamımızın başına oyun açır, hamımızla dava edirdi. Yaxşı insan deyildi. Hər dəfə bizə gələndə dava salırdı. Buna görə yoldaşım onun bizə gəlməyini istəmirdi. O, ailəmizdə qara yara kimi idi. Olan Bayrama oldu. Ona cəza verməyin”.

Növbəti proses mayın 8-də davam edəcək.

İttihama görə, ötən il dekabrın 7-də, gecə saat 1 radələrində paytaxtın Binəqədi rayonu ərazisində 1965-ci il təvəllüdlü Vasif Fətəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 1977-ci il təvəllüdlü Bayram Fətəliyevin Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı qardaşı Vasif Fətəliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bayram Fətəliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
111
4
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7688
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5168
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4914
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4709
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4467
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3692
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2972
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2724
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2703
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2640
Sabah 20 dərəcə isti olacaq
2612
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2262
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2204
Röyanın biabırçı videosu yayıldı
2095
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2075
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2029
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1761
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1695
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1591
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1585