RU

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işinə başlayıb

Bakı, 25 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində ali məktəbin Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının 60 illik yubileyinə həsr olunmuş “Makromalekullu birləşmələr texnologiyasının müasir problemləri” mövzusunda ikigünlük beynəlxalq elmi-texniki konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Belarus, Qazaxıstan, Misir, Malayziya və digər ölkələrdən olan alimlər, mütəxəssislər iştirak edirlər.

Əvvəlcə “Yüksəkmolekullu birləşmələrin tədqiqinə həsr olunmuş 60 il” adlı sənədli film, tələbələrin təşəbbüsü ilə təşkil olunmuş fləşmob nümayiş olunub.

Tədbirdə çıxış edən ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov universitetdə “Yaşıl dünya naminə həmrəylik ili” və “COP29” çərçivəsində bir sıra tədbirlər keçirildiyini qeyd edib. O, ölkəmizdə kimya elmi və sənayesinə mühüm töhfə vermiş Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının 60 illiyinə həsr olunmuş beynəlxalq elmi-texniki konfransa ölkə miqyasında və respublikanın hüdudlarından kənarda böyük maraq göstərilməsindən qürur keçirdiyini bildirib.

V.Əskərov konfransa 170-dək elmi məqalənin və 220-dən artıq tezisin təqdim edildiyini söyləyib və 24 məqalənin “Web of Science” beynəlxalq istinad bazasında indekslənən jurnallarda dərc olunacağını vurğulayıb.

Tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Elm və Təhsil Nazirliyi akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxış ediblər.

Konfrans bölmə iclasları ilə davam edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
2
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
11145
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
6284
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
6241
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
6067
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
5980
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
5832
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4189
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
3906
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
3861
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3699
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
3646
Sabah 20 dərəcə isti olacaq
3223
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3023
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2828
Röyanın biabırçı videosu yayıldı
2759
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2686
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
2597
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
2557
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2514
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2351