RU

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar yatırıb

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.

"APA-Economics” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının 10-cu iclası zamanı MOL Azərbaycanın icraçı direktoru Attila Somfai deyib.

“Azərbaycanın enerji sektoruna sərmayələrimiz 2 milyard ABŞ dolları təşkil edib, buna baxmayaraq, biz investisiyaların həcmini və uzunmüddətli əməkdaşlığımızı artırmağı gözləyirik”, - Attila Somfai qeyd edib.

MOL nümayəndəsi əlavə edib ki, şirkət “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsi çərçivəsində, eləcə də sürtkü yağlarının tədarükü sahəsində və neftayırmanın yaxşılaşdırılması istiqamətində işlərdə SOCAR ilə səmərəli əməkdaşlıq qurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
58
4
Источники
Комментарий ()
Закрывать