RU

Azərbaycan banklarının aktivləri 0,4% artıb

31 mart 2024-cü il tarixinə Azərbaycanın bank sisteminin cəmi aktivləri 48 milyard 909,9 milyon manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib. 
 

Eyni zamanda bankların balans kapitalı 6 milyard 297,5 milyon manat, cəmi öhdəlikləri isə 42 milyard 612,5 milyon manat olub. Bununla da martda bankların cəmi aktivləri 0,4%, cəmi öhdəlikləri 0,2% və balans kapitalı 1,8% artıb.
 
Bankların kredit porfeli martda 1,1% və ya 269,6 milyon manat artaraq 24 milyard 102,6 milyon manat olub.
 
Hesabat dövründə bankların biznes portfeli 137,8 milyon manat (artım 1,1%), istehlak porfeli 64,6 milyon manat (artım 0,9%), o cümlədən ipoteka porfeli 67,2 milyon manat (artım 1,8%) təşkil edib.
 
Bankların cəmi öhdəliklərinin 34 milyard 812,8 milyon manatını (81,7%) depozit portfeli təşkil edib. Depozit portfelinin 21 milyard 944,3 milyon manatı (63%) hüquqi şəxslərin, 12 milyard 868,5 milyon manatını (37%) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla)  ibarətdir.
 
Azərbaycan bank sektorun əməliyyat mənfəəti 2024-cü ilin yanvar-martında 444,6 milyon manat təşkil edib.
 
Bütövlükdə, hesabat dövründə banklar 72,9 milyon manat mənfəət vergisi (2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,5 milyon manat çox) səviyyəsində qiymətləndirilir.
 
Aygün Mirakif
 

www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
55
Источники
Комментарий ()
Закрывать