RU

Yevlaxda "Land Crusier" aşdı, sürücü öldü

Yevlaxda ağır yol qəzası olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nəmərli kəndində qeydə alınıb.

Tərtər rayon sakini, 1991-ci il təvəllüdlü Habil İsmayılov "Toyota Land Crusier" markalı minik avtomibilini aşırıb.

Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.

Bildirib ki, faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
44
12
Источники
Комментарий ()
Закрывать