RU

Trampın müşavirləri dollardan imtina edən ölkələrə qarşı sanksiyaları müzakirə edirlər...

Yenidən dövlət başçısı postuna namizəd olan ABŞ-ın keçmiş prezidenti Donald Trampın müşavirləri ölkələrin dollardan istifadədən imtina etməsinin qarşısını almaq üçün tədbirləri nəzərdən keçirir...Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb. Nəşr yazır ki, xüsusilə, dollarsız “ikitərəfli ticarətdə iştirak etmək üçün aktiv yollar axtaran” ölkələrə qarşı sanksiyaların tətbiqi müzakirə edilir.Agentlik bildirib ki, nəzərdən keçirilən tədbirlərə ixrac nəzarəti, valyuta manipulyasiyası üçün rüsumlar və tariflər daxildir. İddia olunur ki, Tramp seçkidə qalib gələrsə, onun komandası elan edilmiş tədbirləri aktiv şəkildə de-dollarizasiya ilə məşğul olan BRİKS üzvü ölkələrə qarşı yönəltməyi planlaşdırır.Mart ayında CNBC telekanalına verdiyi müsahibədə Donald Tramp “ölkələrin dollardan imtina etməsinə nifrət etdiyini” açıq şəkildə bildirmişdi:“Mən ölkələrin dollardan imtina etməsinə icazə verməzdim, çünki biz bu standartı itirəndə bu, inqilabı iitki olacaq. Bu, ölkəmizə zərbə olacaq”, deyə sabiq prezident qeyd edib. O, həmçinin rəqəmsal dolların yaranmasının qarşısını alacağına söz verib.Xatırladaq ki, BRİKS-ə Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrika daxildir. 2023-cü ilin avqustunda keçirilən sammitdə BRİKS ölkələrinin liderləri 2024-cü ilin yanvarından Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və BƏƏ-nin təşkilata daxil olması barədə razılığa gəliblər. Lakin Argentina prezident Xavyer Miley hakimiyyətə gəldikdən sonra BRİKS-ə üzv olmaqdan imtina etdi.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
127
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
18596
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12999
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10312
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4672
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4352
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3459
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3252
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2757
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2430
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2182
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1659
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1156
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1040
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1029
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1005
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1000
Mayın ilk gününün havası açıqlanıb
924
Arda dubl etdi - VİDEO
817
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
813