- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Avropa İttifaqı (Aİ) Şurası 11 şəxs və bir təşkilata qarşı sanksiyaları bir il müddətinə uzadıb.
Bu barədə təşkilatın saytında dərc olunmuş məlumatda deyilir.
“Aİ Şurası sabitliyi pozmağa, təhdid yaratmağa və Moldovanın suverenliyinə və müstəqilliyinə xələl gətirməyə yönəlmiş hərəkətlərə görə məsuliyyət daşıyan şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin 29 aprel 2025-ci il tarixinə qədər uzadılmasına qərar verib”, - bəyanatda deyilir.
Aİ-nin sanksiya siyahısında olanların aktivləri dondurulacaq. Bundan əlavə, fiziki şəxslərə Aİ ərazilərinə giriş və tranzit məhdudiyyətləri nəzərdə tutan səyahət qadağası tətbiq olunacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.