- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 34-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında autsayderlər qrupunda qərarlaşmış “Frozinone” doğma meydanda çempionatın aşkar autsayderi “Salernitana” ilə qarşılaşıb. Meydan sahibləri bu oyunda darmadağına seviniblər.
34-cü turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.
İtaliya, A Seriyası
34-cü tur
26 aprel
Frozinone – Salernitana 3:0
Qollar: Sule, 10-pen. Breşianini, 25. Zortea, 85.
27 aprel
17:00. Leççe – Montsa
20:00. Yuventus – Milan
22:45. Latsio – Verona
28 aprel
14:30. İnter – Torino
17:00. Bolonya – Udineze
20:00. Atalanta – Empoli
20:00. Napoli – Roma
22:45. Fiorentina – Sassuolo
29 aprel
22:45. Cenoa – Kalyari
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.