RU

Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır - Səttar Möhbalıyev

Bakı. Trend:

Dövlətimizin və xalqımızın mənafeyinə söykənən ölkəmizin xaricisiyasi strategiyası tam müstəqil, balanslaşdırılmış, bərabərhüquqluxarakter daşımaqla beynəlxalq münasibətlər sistemində mövqelərimizidaha da möhkəmləndirir, nüfuzunu durmadan yüksəldir. Azərbaycan hərzaman hansısa xarici dövlətin, qütbün yox, yalnız özünün millimaraqlarından çıxış edir. Məhz çoxşaxəli və tarazlaşdırılmış,konkret hədəflənmiş, ədalət üzərində qurulan xarici siyasətingöstəricisidir ki, hazırda son dərəcə gərgin və mürəkkəbproseslərin yaşandığı bir dönəmdə ölkəmiz etibarlı tərəfdaş kimitanınır. Əminliklə demək olar ki, bütün istiqamətlərdə - Avropa,Asiya, Afrika, Amerika dövlətləri ilə əlaqələrimiz daiminkişafdadır. Səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq istərikitərəfli münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlarçərçivəsində özünü göstərir. Bu uğurların təməlində, təbii ki,ölkəmizin rəhbəri cənab İlham Əliyevin dünya siyasətini hərtərəfli,o cümlədən tarixi, nəzəri və praktik baxımdan dərin bilməsi,qətiyyətli mövqeyi və siyasi iradəsi, həmçinin regional vəbeynəlxalq təhlükəsizliyə verdiyi mühüm töhfələr dayanır.

Bu fikirləri Trend-ə açıqlamasında Azərbaycan Həmkarlarİttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisindeputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətində Avropaİttifaqı ölkələri ilə əlaqələr üstünlük təşkil edir: ”İttifaqdatəmsil olunan dövlətlərdən doqquzu ilə Azərbaycanın münasibətləristrateji tərəfdaşlıq səviyyəsindədir. Bu həm də həmin ölkələrindövlətimizə olan marağının və etimadının əlamətidir. Azərbaycanlaəlaqələri daim inkişaf edən Avropa dövlətlərindən biri dəAlmaniyadır. Dünyanın siyasi-iqtisadi müstəvisində əhəmiyyətli roloynayan bu dövlətlə Azərbaycan arasında ümumilikdə 80-ə yaxın sənədimzalanıb. Bu da münasibətlərimizin səviyyəsini göstərən mühümfaktordur. Rəsmi Berlin hər zaman Azərbaycanın ərazi bütövlüyünəhörmətlə yanaşıb, böyük dövlət imicini qoruyaraqAzərbaycan-Ermənistan münasibətlərində neytral olub, obyektivyanaşma sərgiləyib, hətta normallaşma prosesinə öz dəyərli töhfələrverib. Məncə, dost ölkənin xarici işlər naziri Annalena Berbokuntəşəbbüsü ilə Almaniyada reallaşan Azərbaycan və Ermənistan XİNbaşçılarının görüşünü xatırlatmaq yerinə düşər. Bu, iki ölkəninanlaşması üçün vacib təmas idi və buna görə də AzərbaycanAlmaniyaya təşəkkürünü də çatdırmışdı”.

“Bu gün Almaniya Azərbaycanın Cənubi Qafqazda müsbət rolunu,sülh və təhlükəsizliyə, iqtisadi inkişafa gətirdiyi reallıqlarıaydın görür, əlaqələrin genişlənməsinə çalışır. HəmçininAzərbaycanın güvənli, mövqeyinin dəyişməz olması, atdığı hər birimzasına yüksək dəyər verməsi dost ölkənin diqqətindən yayınmır. Buda dövlətlərimiz arasında xüsusən iqtisadi əməkdaşlığındərinləşməsinə səbəb olub. Azərbaycanda mövcud olan möhkəm sabitlikvə əlverişli investisiya mühiti Almaniya şirkətlərinindiqqətindədir. Odur ki, bu ölkənin 249 şirkəti Azərbaycandaqeydiyyata alınıb. Statistkaya baxsaq, görərik ki, Almaniyadanbizim neft-qaz sektorumuza 53,4 milyon, qeyri-neft sektoruna isə762,1 milyon dollar sərmayə yatırılıb. Azərbaycandan isə Almaniyaya569,7 milyon dollar investisiya qoyulub. Bu da, təbii ki, yüksəkgöstəricidir. Ölkələrimiz arasında ticarət dövriyyəsi də qənaətbəxşsəviyyədədir”, - Milli Məclisin deputatı qeyd edib.

AHİK sədri bildirib ki, dövlətimizin başçısı cənab İlhamƏliyevin Berlində keçirilən “Petersberq İqlim Dialoqu” formatındakımüzakirələrə dəvət olunması bir yandan Azərbaycanın dünyada artannüfuzu, iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi fəal dəstəkləbağlıdırsa, digər tərəfdən bu, bilavasitə Prezidentimizin şəxsihörmətindən irəli gəlir: “Cənab İlham Əliyev tədbirdə çıxışındaCOP29-la bağlı bəyan etdi ki, biz nəinki yaxşı tədbir təşkiletməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Hər zamanüzərinə düşən öhdəliklərə məsuliyyətlə yanaşan və ləyaqətlə icraedən Azərbaycan COP29-a ev sahibliyini də mükəmməl səviyyədə təşkiledəcək. Əminik ki, burada gəlinəcək qənaət və qəbul olunacaqqərarlar iqlim dəyişikliyi ilə mübarizədə kifayət qədər effektliolacaq. Ölkəmizin yaşıl enerji siyasəti uğurla icra olunur. Bu ildaha 1300 meqavat gücündə günəş və külək enerji stansiyalarınıntikintisinə başlanılacaq. Önümüzdə isə daha böyük hədəflər var.İnanırıq ki, 2030-cu ilədək bu sahədə Azərbaycanda mənzərə tamamfərqli olacaq, yüksək nailiyyətlərə imza atacağıq. Prezidentimizhəmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində roluna datoxundu və qarşıdakı planları açıqladı. Görünür, bu qitəyə təbiiqaz ixracımız artmaqdadır. 2027-ci ilə qədər ixracı 20 milyardkubmetrə çatırmaq nəzərdə tutlub”.

“Prezidenti İlham Əliyev və Almaniya Kansleri Olaf Şoltsun birgəmətbuat konfransı zamanı dövlətimizin başçısı jurnalistinAzərbaycanda insan hüquqları və mətbuat azadlığı ilə bağlı onaünvanladığı sualını da cavablandırdı. Bilirik ki, insan hüquqlarıdövlətimiz tərəfindən prioritet hesab edilən əsas mövzudur vəvətəndaşlarımızın bu aspektdə bütün hüquqları təmin olunur. Uzunillərdir ölkəmizdə azad mətbuat formalaşıb, hər kəsin öz fikrinitam sərbəst şəkildə ifadə edir. Üçdə bir hissəsi insan hüquq vəazadlıqlarına, onların təminatına həsr edilən Konstitusiyamız buazadlıqları ali dəyər kimi qiymətləndirir. Dövlətimiz də hər kəsinhüquq və azadlıqlarının müdafiəsinə təminat verir”, - SəttarMöhbalıyev fikrini tamamlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
142
3
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
10631
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8149
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
4481
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1857
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1655
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1645
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1563
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1119
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
795
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
667
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
625
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
558
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
402
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
368
Arda Gülər dayanmır, yenə fərqləndi -
361
Arda dubl etdi - VİDEO
307
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
297
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
269
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
253