RU

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Böyük Britaniya hökuməti bu yaxınlarda öz ölkəsinə miqrasiyanı məhdudlaşdırmaq üçün miqrantların Ruandaya çıxarılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

“İki sahil” Britaniyanın “The Daily Telegraph” qəzetinə istinadla xəbər verir ki, mühafizəkarlar öz parlamenti və Ali Məhkəməsi ilə iki illik mübarizədən sonra nəhayət ki, öz məqsədlərinə nail olublar – Ruanda qanun layihəsi rəsmən qəbul edilib. Britaniyanın Baş naziri Rişi Sunak qeyri-qanuni miqrantları olan təyyarələrin yaxın iki ay ərzində Afrika ölkəsinə yola düşəcəyini bildirib. O, bildirib ki, bu qanuna heç bir etiraz qəbul edilməyəcək.

Qanuna görə, qeyri-qanuni yollarla qayıqla gələn miqrantlar sığınacaq qərarını gözləyərkən Ruandaya göndəriləcək və orada onlara müdafiə veriləcək. Qaçqın hüquqi status qazansa belə, Böyük Britaniyaya qaytarılmayacaq. O, qaçqınlar mərkəzindən Ruandaya köçürüləcək və miqrantın artıq Böyük Britaniya ilə heç bir əlaqəsi olmayacaq. Bunun müqabilində qanun layihəsinin təhlükəsiz ölkə elan etdiyi Afrika ölkəsi Böyük Britaniyadan pul alır.

İrlandiyanın xarici işlər və müdafiə naziri Mikol Martin bildirib ki, İrlandiya artıq qanunvericiliyin təsirini hiss edir.

Dublin hökumətinin hesablamalarına görə, İrlandiyadakı sığınacaq axtaranların 80 faizi bu ölkəyə Böyük Britaniyadan daxil olurlar. Son zamanlar İrlandiyada miqrasiyanın çoxalması səbəbindən sosial gərginlik də artıb. Bu ölkəyə 2022-ci ilin mayından 2023-cü ilin aprel ayına qədər 140 mindən çox insan gəlib ki, bu da son 16 ildə olduğundan çoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
72
1
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17401
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12506
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9975
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4141
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3739
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3186
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2995
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2589
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2226
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2104
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1570
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1092
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1014
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
980
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
970
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
962
Mayın ilk gününün havası açıqlanıb
877
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
777