RU

"Cəmiyyətimizə ağır zərbələr vuran sosial verilişlərə nəzarət gücləndirilməlidir" - DEPUTAT

"Cəmiyyətimizə ağır zərbələr vuran sosial verilişlərə nəzarət gücləndirilməlidir" - DEPUTAT

"Televiziyalarda yayımlanan verlişlərə nəzarət gücləndirilməlidir".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, həm televiziyalara nəzarət edən qurum, həm də telekanalın rəhbəri verlişlərə ciddi şəkildə nəzarət etməlidir:

"Hazırda Azərbaycan telekanalların vəziyyəti heç də ürəkaçan deyil. Bu gün uşaqlara və gənclərə nümunə göstərə biləcəyimiz verilişlər barmaqla sayılacaq qədər azdır. Xüsusilə də cəmiyyətimizə ağır zərbələr vuran sosial verilişlərə nəzarət gücləndirilməlidir. Ailə-məişət problemlərini hər kəsə nümayiş etdirən verilişlər cəmiyyətimizə ziyan vurmaqla məşğuldur. Düşünürəm ki, bu verilişlər heç kimə lazım deyil. Qısa zamanda televiziyalarda ciddi nizam-intizam qaydaları tətbiq olunmalı və bütün verilişlərə nəzarət artırılmaldır".

Deputat vurğulayıb ki, bu gün cəmiyyətdə televiziyadakı verlişlərin səviyyəsi ilə bağlı ciddi narazılıq var:

"Televiziyaların tamaşaçıya təqdim etdiyi verilişlərin səviyyəsi hədsiz dərəcədə aşağıdır. Edilən tənqidələrə baxmayaraq, efirlərdə bayağı verlişlərin sayı artmaqdadır. Telekanallarda rəqabət yoxdu və hamısı biri-birini təkrarlamaqla məşğuldur. Həm tamaşaçı, həm də deputat kimi telekanalların bugünkü görünüşü məni qane etmir.Azərbaycanda kifayət qədər savadı olan jurnalistlər var. Amma onların potensialını ortaya çıxaran layihələr yoxdu. Uşaqlar və gənclərmiz üçün də maarifçi proqramları hazırlanmalıdır. Ümumiyyətlə, bu gün telekanalların əsas missiyası maarifləndirmə və maarifçilik olmalıdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
sonxeber.az

1Источники