RU

Gələn il Azərbaycanda internetin sürəti 50 Mbit/s-yə çatacaq

Bakı. Trend:

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrətənzimləyici qurumu İnformasiya Kommunikasiya TexnologiyalarıAgentliyində (İKTA) bir sıra internet provayderləri ilə görüşkeçirilib.

Trend-in məlumatına görə, giriş sözü ilə çıxış edən İKTA sədrivəzifəsini icra edən Nail Mərdanov bildirib ki, görüşün məqsədiAzərbaycanın dünyada internetin sürətinə görə reytinqininyüksəlməsi üçün xidmət keyfiyyətinin artırılması istiqamətindəgörüləcək işlərin müzakirəsi və istehlakçı şikayətlərininazalmasının təmin olunmasıdır.

Natiq bildirib ki, Azərbaycan Respublikasında telekommunikasiyavə informasiya texnologiyalarının inkişafına dair Strateji YolXəritəsində ölkəmizdə sabit genişzolaqlı şəbəkədə bir istifadəçinininternetdən orta istifadə sürətinin 2025-ci ildə 50 Mbit/s-ə,2025-ci ildən sonra isə inkişaf etmiş ölkələr səviyyəsinəçatdırılması hədəf indikatoru olaraq müəyyən edilib.

Beləliklə, bu hədəfə çatmaq məqsədilə operator və provayderlərintəqdim etdikləri internet xidmətlərinin sürətlərinin artırılmasıüçün tədbirlərin görülməsinə dair tövsiyələr verilib. Qeyd olunubki, optik şəbəkə və eləcə də operator və provayderlərin istifadəetdikləri texniki vasitələr sürət artımına tam olaraq uyğundurlar.Sürət artımının pilot olaraq sınaqdan çıxarılması, nəticələrin İKTAilə təkrar müzakirə edilməsi təklif olunub.

Görüşdə çıxış edən internet provayderlərin nümayəndələri sonzamanlar daşınma xərclərinin, avadanlıqların dəyərinin vəinfrastruktur qiymətlərinin artırılmasının xərclərin də artmasınasəbəb olduğunu qeyd ediblər.

Sürət artımının qiymət artımına təsir etməsi ehtimalınınobyektiv araşdırılması məqsədilə operator və provayderlərtərəfindən internet xidmətlərinin tariflərinin necə formalaşmasıbarədə Agentliyə məlumat verilməsi də müzakirə olunub.

Görüşdə, həmçinin telekommunikasiya şəbəkələriningenişləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsindədövlət-özəl tərəfdaşlığı alətlərindən istifadə perspektivləribarədə də danışılıb.

Qarşılıqlı anlaşma şəraitində keçirilən görüşün sonundaproblemlərin aradan qaldırılması məqsədilə bu tipli görüşlər,seminar və təlimlərin davamlı keçirilməsi qərara alınıb.

Qeyd edək ki, İnformasiya Kommunikasiya TexnologiyalarıAgentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları vərabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə vənəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Gələn
Gələn

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
56
9
Источники
Комментарий ()
Закрывать

Рейтинг