PSV 25-ci dəfə futbol üzrə Hollandiya çempionu adını qazanıb.
"Operativ Media" xəbər verir ki, Peter Boşun rəhbərlik etdiyi komanda “Sparta”ya 4:2 hesabı ilə qalib gəlib və 32 turdan sonra xalqlarının sayını 87-ə çatdırıb. Çempionatın bitməsinə iki tur qalıb. İkinci pillədə qərarlaşan "Feyenoord" 31 oyundan sonra 75 xala sahibdir.
Sonuncu dəfə PSV 2018-ci ildə çempion olub. Bundan sonra “Ayaks” üç, “Feyenoord” bir dəfə qalib gəlib.
PSV Hollandiya çempionluq titullarının sayına görə ikincidir. Rekordçu 36 dəfə çempion olan "Ayaks"dır.