RU

ABŞ İsrailə silah göndərilməsini dayandırdı

 

  ABŞ prezidenti Co Bayden hökuməti ötən həftə İsrailə göndəriləcək Amerika istehsalı olan silah-sursat göndərilməsini dayandırdı.

  ABŞ-ın "Axios" xəbər saytında yazılana görə, ABŞ İsrailə göndəriləcək sursat daşınmasını keçən həftədən saxladı. Nəqlin dayandırılmasının Qəzzaya hücumların başladığı 7 oktyabrdan bəri bir ilk olduğu və bu vəziyyətin rəsmi Təl-Əvivdə ciddi narahatlığa səbəb olduğu bildirilib.

  Xəbərdə keçən həftə İsrailə səfər edən ABŞ dövlət katibi Entoni Blinkenlə İsrailin baş naziri Binyamin Netanyahu arasında Rəfaha mümkün quru hücumu ilə bağlı “sərt söhbət” olduğu da xatırladılıb.

  ABŞ konqresində Demokrat Partiyanın 88 üzvü İsrailin Fələstinin mülki vətəndaşlara humanitar yardımı qəsdən əngəllədiyinə dair etibarlı iddiaların olduğunu bildirib və İsrailə edilən yardıma yenidən baxılmasını istəyib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
93
50
trt.net.tr

10Источники