“Mən daxil bütün işçi kollektivi dönərdən yedik, səhhətimizdə heç bir problem yoxdur”.
Publika.az xəbər verir ki, bu sözləri "Baku" TV-yə müsahibəsində Zaqatala rayonunda fəaliyyət göstərən dönərxananın sahibi Rəsul Fətəliyev deyib.
O bildirib ki, bu gün 200 ədəd dönər satılıb:
“Toyuqla bağlı problem olub. Halbuki, hər gün toyuğu eyni şirkətdən alırıq”.
Əldə olunan məlumata görə, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər.