RU

ABŞ şirkətinə məxsus şassisi açılmayan təyyarə İstanbul hava limanında gövdəsi üzərinə enib

İstanbul, 8 may, Günel Karatepe, AZƏRTAC

İstanbul hava limanında ABŞ şirkətinə məxsus yük təyyarəsi ön şassisinin açılmaması səbəbindən gövdəsi üzərinə eniş edib.

AZƏRTAC xəbər verir ki, Paris-İstanbul səfərini yerinə yetirən “Boeing 763” tipli təyyarənin dünya üzrə hava və quru transferi edən “Fedex” şirkətinə məxsus olduğu bildirilir.

Təyyarənin ekipaj üzvləri İstanbul hava limanının idarəetmə qülləsi ilə əlaqə saxlayaraq gövdəsi üzərinə enmək üçün icazə istəyib. Aeroporta xətalı eniş üçün lazımi tədbirlər görülüb və təyyarə heç bir problem olmadan enib.

Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
44
2
azertag.az

3Источники