RU

SOCAR Bolqarıstanda biznesini genişləndirməyi planlaşdırır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstanda biznesini genişləndirməyi planlaşdırır və bu ölkədə daxili qazpaylayıcı şəbəkənin inkişafı üzərində işləyir.

KİV: SOCAR "Lukoil"in Bolqarıstandakı biznesini almaqda maraqlıdır

FED.az xəbər verir ki, bunu “SOCAR Balkany” şirkətinin rəhbəri Murad Heydərov bu gün Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumu çərçivəsində deyib.

Onun sözlərinə görə, bu gün SOCAR ilə Bolqarıstanın “Asarel Investment” şirkəti arasında Memorandum imzalanıb ki, bu da “SOCAR Balkany”nın Bolqarıstandakı biznesinin inkişafında daha bir addım deməkdir: “İndi biz Bolqarıstandakı mövcudluğumuzu genişləndirmək və son istehlakçılarla işləmək üçün müəssisə yaratmaq üzərində işləyirik. Bu məqsədlə biz Bolqarıstanda daxili qazpaylayıcı şəbəkəni inkişaf etdirməyi planlaşdırırıq”.

M.Heydərov əlavə edib ki, enerji seqmenti iki ölkə arasında əməkdaşlığın mühüm komponentlərindən biridir. (Report)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
130
13
fed.az

10Источники