“Bavariya"nın müdafiəçisi Alfonso Deyvis “Real”a keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
QOL.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, kanadalı futbolçu agentinin Madrid klubu ilə danışıqlar apardığını deyib:
“Gələn mövsüm “Real”da oynayacam? Hazırda agentim bununla bağlı danışıqlar aparır. Nə olursa olsun, mən həmişə klubuma minnətdar olacam”.
Qeyd edək ki, Deyvisin "Bavariya" ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.