Lənkəranda meyiti tapılan qadının kimliyi və bəzi təfərrüatlar məlum olub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, meyiti tapılan qadın Cəlilabad rayon Muğan kənd sakini 2002 - ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır.
K.Ağayeva bu ilin martın 2 dən itkin düşüb. Nənəsinin APA-ya verdiyi məlumata görə o, ailəli olub ayrılıb.
Cəlilabadda kollecdə oxuyub. İşləmək üçün Lənkərana gəlib. 2 - 3 gündən sonra ondan heç bir xəbər olmayıb.
Onun itkin düşməsi barədə polisə məlumat verilib. Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.
***
18:23
Lənkəranda iki aydan çoxdur itkin düşən qadının meyiti tapılıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağiyev küçəsi 1-ci döngədə yerləşən evin həyətində qadın meyiti aşkarlanıb.
Meyiti tapılan qadının 70 gün əvvəl itkin düşdüyü bildirilir. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma gedir.