RU

Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI

Azərbaycanda helikopter qəzası dedikdə əksəriyyətin yadına 1991-ci ildə Qarabağ səmasında baş verən dəhşətli faciə düşür. Dövlət ərkanının, rəsmi qonaqların olduğu vertolyot 1991-ci ilin 20 noyabrında Xocavənd rayonunun Qarakənd kəndi  yaxınlığında qəza keçirdi. Hava maşınının ermənilər tərəfindən vurulduğuna heç kimin şübhəsi yoxdur. Amma bu, hələlik rəsmi təsdiqini tapmır.
Xatırladaq ki, sözügedən qəza zamanı dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, general Məhəmməd Əsədov və başqaları olmaqla ümumilikdə 22 nəfər həlak olmuşdu.

Muhsin Yazıçıoğlu
Türkiyənin tanınmış siyasətçisi Muhsin Yazıçıoğlu da aviaqəzada həyatını itirən məşhurlardandır. O, 25 mart 2009-cu ildə Kahramanmaraşdan Yozqata gedən zaman helikopter qəzasında dünyasını dəyişmişdi. M.Yazıçıoğlunun nəşi bir neçə gün sonra tapılmışdı. Onu daşıyan helikopterin əlverişsiz hava şəraitində qəzaya uğramışdı. M.Yazıçıoğlunun olduğu helikopter qəzaya uğrayandan sonra onun sağ olduğu, xilasedicilərin pis hava şəraitinə görə hadisə yerinə gec gəlməsi səbəbindən donaraq öldüyü deyilir.
30 noyabr 2021-cü ildə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğradı. Hadisə nəticəsində 14 nəfər həlak oldu, 2 nəfər isə yaralandı. Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır.

Yevqeni Priqojin
Ötən il avqustun 23-də “Vaqner” silahlı qruplaşmasının rəhbəri Yevqeni Priqojinin və digərlərinin təyyarə qəzasında həyatlarını itirməsi hələ də ciddi müzakirə olunur. Bu hadisə daha çox sui-qəsd, yaxud terror olayı kimi tarixə düşüb.
Polşa prezidenti Lex Kaçinski də avia-qəza qurbanı olan dövlət xadimlərindəndir. Hadisə 10 aprel 2010-cu il tarixində Smolenskdə baş verib. Hadisə nəticəsində Polşa prezidenti Lex Kaçinski və xanımı, ölkənin sabiq prezidenti Rışard Kaçorovski, Milli Yaddaş İnstitutunun prezidenti Yanuş Kurtıka, general Tadeuş Ploski, Polşa ordusunun pravoslav yepiskopu və briqada generalı Miron Çodavski, Milli Bankın rəhbəri Slavomir Skşipek, sabiq müdafiə naziri və Polşa prezidentliyinə keçmiş namizəd Yeji Şmaydzinski, Prezident Katibliyinin rəhbəri Vladislav Stasyak, Baş Qərargah rəisi Frantişek Qonqor həyatlarını itirmişdilər.

İbrahim Rəisi
Bu gün isə İran Prezidenti  İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir- Abdullahianın olduğu helikopter əlverişsiz hava şəraitində qəzaya düşüb. Qəzanın baş verdiyi əraziyə yaxın bölgədə yaşayan sakinlər İran KİV-ə bildiriblər ki, Rəisini daşıyan helikopterin düşdüyü ərazi Vanistan və Sarı Çaman kəndləri arasındadır. Məlumata görə, yerli sakinlər adətən bu əraziyə getmirlər, çünki ərazi uzaqdır, orada ayılar yaşayır və çox soyuqdur.
Yazı çapa hazırlanarkən İ.Rəisinin taleyi haqda dəqiq məlumat yox idi.

Tahir Turan
Globalinfo.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1045
2
bakuinform.agency

10Источники