Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2026/2027-ci il mövsümünün Çempionlar Liqasının finalını Milanın "San Siro" stadionundan keçirmək hüququnu ləğv etmək qərarına gəlib. Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2026/2027-ci il mövsümünün Çempionlar Liqasının finalını Milanın "San Siro" stadionundan keçirmək hüququnu ləğv etmək qərarına gəlib. Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti açıqlama verib. "Milan Bələdiyyəsi şəhərdəki yenidənqurma işlərinin "San Siro" stadionuna və onun ətrafına təsir etməyəcəyinə zəmanət verə bilmədiyi üçün 2026/2027 Çempionlar Liqasının Finalı üçün tender prosesinin yenidən açılması qərarı bu gün qəbul edilib. Yeni stadionla bağlı qərarın 2025-ci ilin may-iyun aylarında veriləcəyi gözlənilir", - deyə qrumun mətbuat xidmətinin açıqlamasında deyilir. Xatırladaq ki, Çempionlar Liqasının hazırkı qalibi finalda Dortmund "Borussiya"yasına 2:0 hesabı ilə qalib gələn Madrid "Real"ıdır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta