AZ

Zəfər xronikası. 26 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib (FOTO/VİDEO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci ilin oktyabrın 26-da Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev xalqa müraciət edib.

Trend müraciətitəqdim edir:

Prezident İlham Əliyevin müraciəti

-Əziz həmvətənlilər.

Bir aya yaxındır ki, ikinci Qarabağ müharibəsi davam edir. Bumüharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarınıişğalçılardan azad edirik. Bu müddət ərzində Şanlı AzərbaycanOrdusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Bizdöyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağəzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqıbu torpaqlarda yaşayıb, yaradıb, qurub. Biz Qarabağ tarixini yaxşıbilirik və bu tarixi dünya ictimaiyyətinə çatdırmaq üçün son illərərzində böyük işlər görülübdür. Çünki 1990-cı illərin əvvəllərindəAzərbaycan haqqında, ümumiyyətlə, dünyada o qədər də böyük təsəvvüryox idi. Ancaq bir çox ölkələrdə fəaliyyət göstərən erməni lobbitəşkilatları həm bölgənin tarixi ilə bağlı, həm münaqişənin tarixiilə bağlı yanlış məlumat ötürərək dünyada, dünyanın ictimaifikrində təhrif edilmiş təsəvvür yarada bilmişlər. Məhz buna görə,torpaqlarımız işğal altına düşə-düşə bizə qarşı sanksiyalar tətbiqedilmişdir və bu sanksiyalar bu günə qədər qüvvədədir.Müstəqilliyimizin ilk mərhələsində Amerika Konqresi Azərbaycanaqarşı sanksiya tətbiq edib ki, guya Azərbaycan Ermənistana qarşıtəcavüz edir və bu sanksiyalar bu günə qədər qüvvədədir, təsəvvüredin. O vaxt Azərbaycan diplomatiyası erməni yalanının qarşısınaheç bir arqument gətirə bilməmişdir. Son illər ərzində ardıcılfəaliyyət nəticəsində biz dünya ictimaiyyətini Qarabağın tarixi iləbağlı, münaqişənin tarixi ilə bağlı kifayət qədərməlumatlandırmışıq. Görülən bütün bu işlər, bax, bu gün bizə köməkgöstərir, çünki artıq dünyada bu məsələ ilə bağlı daha obyektivfikir var, daha obyektiv təsəvvür var. Məhz bizim yorulmazsəylərimiz nəticəsində buna nail ola bilmişik. Mən deyəndə ki, biztarixi ədaləti bərpa edirik, tam haqlıyam. Mən Münhen təhlükəsizlikkonfransında bütün dünyaya və bu, canlı formatda aparılmışdiskussiya əsnasında sübut edə bilmişəm ki, bu, bizim tarixitorpağımızdır. XIX əsrin əvvəllərində Kürəkçay sülh anlaşmasıhaqqında məlumat vermişdim. Dünyada bu anlaşma haqqında,ümumiyyətlə, geniş ictimai fikirdə heç bir məlumat yox idi.Əfsuslar olsun ki, hətta Azərbaycanda bu müqavilə haqqında genişməlumat yox idi. Kürəkçay sülh müqaviləsini Qarabağ və Şuşa xanıİbrahimxəlil xan imzalamışdır, digər tərəfdən Çar Rusiyasınıngeneralı imzalamışdır. O müqavilə internetdə var, hər kəs baxabilər. Əminəm ki, mənim bu sözlərimdən sonra indiki döyüşmeydanında vəziyyəti maraqla izləyən geniş beynəlxalq auditoriyagedib bu saytlara girəcək, baxacaq görəcək ki, o müqavilədə ermənixalqı haqqında bir kəlmə də yoxdur. Çünki erməni xalqı o vaxt oradayox idi. Erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay sülhmüqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirildi.Məqsədyönlü şəkildə gətirildi və ölkəmizin ən dilbər guşələrindənbiri olan Qarabağda yerləşdirildi, onlara şərait yaradıldı. Məqsədaydın idi - imperiyanın yeni torpaqlarında dini tərkibidəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq,didərgin salmaq və yeni reallıq yaratmaq idi. Bu idi məqsəd vəəfsuslar olsun ki, bu məqsədə çatdılar. Ondan sonra erməni əhalisiqonşu ölkələrdən kütləvi qaydada gətirildi, Dağlıq Qarabağbölgəsində, azərbaycanlıların dədə-baba torpaqlarına yerləşdirildivə ermənilər onlara xas olan xasiyyəti nümayiş etdirərəkyavaş-yavaş bizim bütün torpaqlarımıza sahib çıxmağa başladılar. XXəsrin əvvəllərində bolşevik inqilabından sonra böyük təhlükə varidi ki, bolşevik hakimiyyəti Dağlıq Qarabağı Ermənistana verəcək.Qafqaz bürosunun protokolları var, 1921-ci ilin iyul ayında. Qafqazbürosunun protokollarına baxmaq kifayətdir və belə təhlükə var idi.Ancaq hesab edirəm ki, Nəriman Nərimanovun və reallığı düzgünqiymətləndirən digər şəxslərin səyləri nəticəsində buna nail olabilmədilər. Qafqaz bürosunun protokollarında göstərilir ki, DağlıqQarabağ Azərbaycanın tərkibində saxlanılsın. Bütün bu illər ərzindəsaxta erməni alimləri, ermənilərə havadarlıq edən dairələr sübutetməyə çalışırdılar ki, Stalin Dağlıq Qarabağı Ermənistandan ayırıbAzərbaycana veribdir. Yalandır! Açın, baxın Qafqaz bürosununprotokoluna, orada deyilir ki, Dağlıq Qarabağ Azərbaycanıntərkibində saxlanılsın! Bu, bir daha onu təsdiqləyir ki, bu, bizimtorpağımızdır. Əfsuslar olsun ki, ondan sonra Dağlıq Qarabağ muxtarvilayəti yaradıldı, o bölgəyə xüsusi status verildi. Amma onu dabildirməliyəm ki, bu, respublika deyildi, vilayət idi. Yəni, oradadaha aşağı səviyyəli bir özünüidarəetmə mexanizmi mövcud idi. İnditarixə baxmaq kifayətdir, hər kəs görsün ki, orada yaşayanermənilər böyük hüquqlara, imkanlara malik idi.

Sovet vaxtında, münaqişəyə bir neçə il qalmış separatizmmeyilləri geniş vüsət almışdı. Halbuki bunun üçün heç bir əsas yoxidi. Dağlıq Qarabağ muxtar vilayətinin rəhbər orqanı olan büroda 9üzv var idi. Onlardan 8-i erməni idi, 1-i azərbaycanlı, o da Şuşarayon Kommunist Partiyasının birinci katibi. Dağlıq Qarabağın 1-cikatibi, hökumət başçısı, parlament başçısı ermənilər idi. Nəistəyirdilər? Nə qədər Azərbaycan investisiya qoyub o bölgəyə,dəmir yolu çəkilib 1970-ci illərdə, Sərsəng su anbarı tikilib1970-ci illərdə, Madagiz, – indi adını mən bərpa etmişəm, -Suqovuşan su anbarı tikilib. Bütün bunlar AzərbaycanRespublikasının dövlət büdcəsi hesabına edilən investisiyalardır.Amma onlar nankorluq göstərdilər, vəziyyətdən istifadə etdilər,Moskvada anti-Azərbaycan rəhbərliyinin mövcudluğundan istifadəetdilər və separatizm meyilləri baş qaldırdı. Ondan əvvəl nəetdilər? Onlar ondan əvvəl hazırlıq işləri görürdü və əsas hazırlıqişlərinin hədəfində Heydər Əliyev dayanmışdı. Çünki yaxşı başadüşürdülər ki, Heydər Əliyevin varlığı, sovet rəhbərliyində onunböyük nüfuza malik olması onların planlarını alt-üst edirdi. Onagörə Ermənistandan, digər yerlərdən, əfsuslar olsun ki, millisatqınlar Azərbaycandan Moskvaya kütləvi surətdə anonim məktublargöndərirdilər. Qəsdən şər-böhtan kampaniyası aparılırdı ki, HeydərƏliyev amili aradan qaldırılsın. Heydər Əliyev bütün vəzifələrdəngedəndən sonra 2 həftə keçməmiş baş qaldıran erməni separatçılarməsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın,Ermənistana verilsin və bizim xalqımızın bəlaları o gündən başladı.Ondan sonra Dağlıq Qarabağda qanunsuz xüsusi idarəetmə komitəsiyaradıldı, qatı ermənipərəst bir insan ora rəhbər təyin edildi vəfaktiki olaraq Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçünzəmin yaradıldı. O vaxtkı Azərbaycan rəhbərliyi əfsuslar ki, sadəcəolaraq bütün bu təhlükəli hadisələrə tamaşa edirdi. Səs qaldırabilmədi, cəsarət göstərmədi, sadəcə olaraq başını salıb aşağıMoskvadan nə deyirdilər onu da edirdi. Çünki o vaxt Azərbaycanarəhbərlik edən adamlarda bir qram Azərbaycan qanı yox idi.Azərbaycanlı sayılsalar da, bir qram milli ruh yox idi, kosmopolitinsanlar idi, heç Azərbaycan dilində düz-əməlli danışa bilmirdilər.Dağlıq Qarabağın tarixi budur və ondan sonra Azərbaycana qarşıgenişmiqyaslı hərbi əməliyyatlar başlamışdır, torpaqlarımız işğalaltına düşmüşdür. 1992-ci ilin may ayında Şuşa və Laçınınitirilməsi, 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsiDağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratdı.Halbuki bu bağlantı yox idi. Dağlıq Qarabağ muxtar vilayətininErmənistan Respublikası ilə sərhədi yox idi.

Bax, bu faciəvi hadisələr sanki yeni reallıq yaradırdı. Ondansonra bu məsələni beynəlxalq vasitəçilər öz üzərilərinə götürdülər,1992-ci ildə Minsk qrupu yaradıldı. Minsk qrupunun fəaliyyəti gözqabağındadır. Minsk qrupuna həmsədrlik edən ölkələr müəyyənmüddətdən sonra faktiki olaraq bütün səlahiyyətləri öz əllərindəcəmləşdirdilər, faktiki olaraq bu məsələni inhisara götürdülər,faktiki olaraq Minsk qrupu bir qrup kimi iflic vəziyyətə düşdü vəüç ölkə bu məsələ ilə məşğul olmağa başlamışdır. Amma bununnəticəsi oldumu? Olmadı. Bizim üçün olmadı, Ermənistan üçün oldu.Ermənistan elə bu nəticəni istəyirdi ki, daim danışıqlar getsin,daim bizim başımızı aldatsınlar, dondurulsun bu məsələ, əbədiqalsın əsarət altında bizim torpağımız, əbədi qalsın işğal altındabizim torpağımız. Bəs, nədir Minsk qrupunun fəaliyyəti? İşğalçıyatəzyiq edə bilibmi? Yox! Təzyiq etmək istəyibmi? Yox! Dəfələrlə mənonların qarşısında məsələ qaldırmışdım: əgər məsələnin həllinigörmək istəyirsinizsə sanksiyalar tətbiq edin Ermənistana. Sizinəlinizdədir. Siz BMT Təhlükəsizlik Şurasının daimi üzvlərisiniz,istənilən məsələni həll edə bilərsiniz. Xüsusilə bu ölkələrin rəsminümayəndələri deyirlər ki, bu məsələdə onların fikri üst-üstədüşür. O da maraqlı bir məsələdir. Necə olur, bütün başqaməsələlərdə - nüvə silahları ilə bağlı, Yaxın Şərqdə olanvəziyyətlə bağlı, Asiyada olan vəziyyətlə bağlı, Avropada olanvəziyyətlə bağlı bunların maraqları daban-dabana ziddir. Hansıbaşqa məsələdə bunların maraqları üst-üstə düşür? Heç bir məsələdə.Ancaq Dağlıq Qarabağ məsələsində. Nə üçün? Hər kəs başa düşür.Çünki bu dondurulmuş vəziyyət təbii ki, bu ölkələr arasında bizdənbaşqa hər kəsi qane edirdi, ilk növbədə, Ermənistanı qaneedirdi.

Ermənistan bu torpaqlarda qanunsuz məskunlaşma aparır. Bir sözdeyən var? Yoxdur! Bu, cinayətdir, beynəlxalq cinayətdir, Cenevrəkonvensiyalarına ziddir. Bir söz deyən var onlara ki, sən niyəqanunsuz məskunlaşma aparırsan? Özü də bunu nümayiş etdirirsən.Ərəb ölkələrindən erməniləri gətirirsən, yerləşdirirsən, o cümlədənŞuşada. Bir söz deyən yoxdur. Bu, nə deməkdir? O deməkdir ki, davamelə, gətir, nə qədər istəyirsən gətir, bu torpaqları erməniləşdir,Azərbaycan mədəni irsini sil. Bu idi mesaj. Yoxsa, bu üç ölkə məgərimkanlara sahib deyil ki, təcavüzkara öz yerini göstərsin?İstəmirdilər. Bu reallıq onları qane edirdi.

Ona görə, Minsk qrupunun fəaliyyətinə başqa qiymət vermək olmaz.Elə bil, bizi bu vəziyyətlə barışmağa sürükləyirdilər ki, yenireallıqlar yaranıbdır, siz də reallıqlarla hesablaşmalısınız. Bizyeni bir reallıq yaratmışıq. İndi hər kəs yeni reallıqlahesablaşmalıdır. Amma biz nəyi görürük? Biz öz torpaqlarımızıişğalçılardan azad etməyə başlayanda, görün, nələr baş verir. Nəqədər böyük təzyiq göstərirlər Azərbaycana, hər tərəfdən. Əl-ayağadüşdülər. Bəs, nə oldu? İyirmi səkkiz il bu məsələni beləsüründürə-süründürə elə bil ki, həll edirdiniz. Gəlib-getmək, oradagörüş, burada danışıqlar. Biz bu danışıqlardan boğaza yığılmışıq.Bu düşmənlə nə qədər danışıqlar aparmaq olar? Özü də düşmənharınlaşır, azğınlaşır, qudurur və bizə deyirlər ki, yox, ancaqsülh yolu ilə, bunun hərbi variantı yoxdur. Kim deyir ki, yoxdur?Bəs, indi məsələnin hərbi variantı deyilmi? Biz nə edirik? Biz BMTTəhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetiririk.Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. Biz təkbaşınaicra edirik. Biz yeni reallıq yaratmışıq. Hesablaşın! Ancaq nəgörürük? Orada görüş, burada görüş, atəşkəs belə oldu, atəşkəsi kimpozdu.

Deməli, bunların bütün fəaliyyəti indi Ermənistanı xilasetməkdir. Təcavüzkarı, Xocalı soyqırımını törədəni, GəncəniErmənistan ərazisindən ballistik raketlərlə bombalayanı. Budur, bufəaliyyət.

Atəşkəs rejiminə gəldikdə, ayın 10-da birinci dəfə atəşkəsqüvvəyə mindi. Mənim mövqeyim elə idi ki, bu, humanitar xarakterdaşımalıdır və həlak olanların cəsədlərinin, girovların, əsirlərindəyişdirilməsi üçün biz buna razılıq vermişik. Ancaq Ermənistan birgün keçməmiş bu atəşkəsi kobudcasına pozdu, özü də namərd şəkildə,gecə vaxtı Gəncəni bombaladı. Ondan sonra oktyabrın 17–də yeniatəşkəs elan olundu. Yenə də iki dəqiqədən sonra Ermənistan bunupozdu. İndi bu gün səhər saat 8-dən yeni bir təklif verildi. Ancaqsəhər 9-da artıq mən maraqlandım, bir neçə dəqiqə keçmiş atəşkəsErmənistan tərəfindən pozuldu, Tərtər rayonuna yenə də atəş açıldı.Ancaq mən yenə də göstəriş vermişəm, hələ ki, Azərbaycan Ordusuözünü təmkinlə aparsın, təxribata uymasın. Mənim mövqeyim xalqımabəllidir. Bu məsələ öz həllini tapmalıdır, ya hərb yolu ilə, yasülh yolu ilə. Mən təklif etmişəm ki, əgər istəyirsinizsə sülh yoluilə həll olunsun, yaxşı, biz dayandıraq. Ancaq dərhal bizədeyilməlidir ki, Ermənistan bizim torpaqlarımızdan çıxır. Cədvəlverilməlidir - neçə gündən sonra bu rayondan, neçə gündən sonra burayondan, neçə gündən sonra bu rayondan çıxmalıdırlar. Cədvəlverilməlidir. Ermənistan bu cədvəli verib? Verməyib. Belə olanhalda əgər atəşkəs davam edəcəksə və yenə də məsələ dondurulmuşvəziyyətdə qalacaqsa bu, bizi qane edə bilməz. Bu, birincisi.

İkincisi, bizdə dəqiq məlumat var ki, Ermənistan döyüşmeydanında artıq bizim qabağımızda diz çöküb və sadəcə olaraq,atəşkəsdən istifadə edib öz qüvvələrini yenə də səfərbər etməkistəyir, yenə də silahlanmaq istəyir və bizə qarşı yeni işğalçılıqsiyasəti aparmaq istəyir. Belə məlumatlar var və əfsuslar olsun ki,son bir ay ərzində Ermənistana kütləvi surətdə silahlar göndərilir,müxtəlif növ silahlar. Bütün siyahılar bizdə var. Onların bəziləribizim mətbuatda da dərc edilib. Bütün siyahı var, nə vaxt, hansıtəyyarə gəlib, haraya gəlib, nəyi gətirib, necə boşaldıb, harayagöndərilib? Yaxşı, atəşkəsi istəyən niyə silah göndərirErmənistana? Axı, Ermənistan diz çöküb, artıq onun başından eləvurmuşuq ki, ayıla bilmir. Ermənistanın baş naziri - Cıdır düzündəsərxoş vəziyyətdə rəqs edən, özünü böyük sərkərdə kimi aparan indiyıxılıbdır onun-bunun ayağının altına kömək istəyir, imdad diləyir,özünü alçaldır, xalqını alçaldır. Yaxşı, silah verməyin qurtaraqda. Verməyin. Bizə kim verir? Heç kim vermir. Verməyin.İstəyirsinizsə qurtarsın, silah verməyin. İki gündən sonra gələcəkyalvara-yalvara. Bir tərəfdən atəşkəs deyilir, digər tərəfdənonlara silah göndərilir. Bu, nə məsələdir? Biz buna səssizmiqalacağıq?

Azərbaycan xalqı hər şeyi bilməlidir. Mən Prezident kimi 17 ilərzində hər zaman Azərbaycan xalqına həqiqətləri demişəm, hərzaman. Müntəzəm olaraq xalqa hesabat vermişəm, bütün məsələlərləbağlı. Bu gün də məlumat verirəm, bəlkə də tam məlumat deyil. Çünkimüəyyən diplomatik qaydalar var. Amma nəyi demək mümkündürsə, onudeyirəm, həm Azərbaycan xalqına, həm də bütün dünyaya. Ermənistanıxilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhalrədd olsun! Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə oynayan otəlxək bəyan etsin ki, çıxıram. Yoxsa, gündə beş-altı dəfə dünyaliderlərinə zəng etməklə məsələ düzəlməz. Bizim mövqeyimiz dəyişməzolaraq qalır və biz haqqı, ədaləti müdafiə edirik.

Mən bir məsələni də bildirmək istəyirəm. Münaqişənin həlli üçünhüquqi baza kifayət qədər genişdir. Biz bu bazanıgenişləndirmişdik. Bu gün təkcə BMT Təhlükəsizlik Şurasınınqətnamələri yox, digər sənədlər mövcuddur. BMT Baş Assambleyasıqətnamə qəbul edib, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı,Avropa Parlamenti, digər təşkilatlar. Avropa İttifaqı iləparaflanmış sənəddə ölkəmizin suverenliyi, sərhədlərimizintoxunulmazlığı və ərazi bütövlüyü haqqında xüsusi müddəa var. Yəni,bu, hüquqi bazadır və bu baza imkan verir ki, bu gün biz döyüşmeydanında düşmənə dərs verək, qovaq onları, rədd edək bizimtorpaqlarımızdan. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minskqrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının iclasınıçağırırlar. Bir dəfə artıq bunu etmişdilər. Orada qəbul edilmişsənəd görünür ki, onları qane etmədi. Bu dəfə də bir neçə günbundan əvvəl biz yeni sənədin ortaya çıxmasını gördük, xəbərtutduq. Dərhal biz hərəkətə keçdik və bu sənədin qəbul edilməsinəimkan vermədik. Baxmayaraq ki, üç həmsədr ölkə BMT TəhlükəsizlikŞurasına üzv olan digər ölkələrə böyük təzyiqlər edirdi.

Nə idi bunun məqsədi? Məqsədi çox aydındır, 1993-cü ildə ermənisilahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması barədə qəbuledilmiş qətnamələr kölgədə qalsın, onlar arxada qalsın, onlar yaqüvvədən düşsün, ya da ki, öz əhəmiyyətini itirsin. Bu idi məqsəd.Bu, nə dərəcədə ədalətlidir? Biz yenə də işğalçıya dəstəkgöstərilməsi cəhdini gördük. Amma nə oldu nəticədə? Keçmədi. Necəkeçmədi? Qoşulmama Hərəkatına üzv ölkələr kişi kimi buna imkanvermədilər, bizə dəstək göstərdilər, sağ olsunlar. Baxmayaraq ki,onlara təzyiq göstərildi, bəlkə də hədələr oldu. Amma durdular kişikimi bizim arxamızda, necə ki, biz onların arxasında dururuq. Bu,onu göstərir ki, keçməyəcək. Mənim əziz qardaşım, TürkiyəCümhuriyyətinin Prezidenti dəfələrlə deyib ki, dünya 5-dənböyükdür. Tam haqlıdır. Bax, bu səsvermə onu göstərdi. Birləşdilər,yenə də Ermənistanın maraqlarına cavab verən sənədi ortalığaatdılar, amma keçmədi. Çünki ədalət var. Nə qədər bu ədalətipozsalar da, nə qədər bu haqqı yerə vursalar da, yenə də ədalətvar. Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Ona görə bizyolumuzu davam edəcəyik. Atəşkəs istəyirlərsə, işğalçı dövlətədesinlər rədd olsun, çıxsın torpaqlarımızdan. Yoxsa axıra qədərgedəcəyik, axıra qədər, sona qədər gedəcəyik. Düşməni bundan sonrada qovacağıq, necə ki, qovuruq, necə ki, qaçır bizim qabağımızdanvə qaçacaq. Çünki biz haqlıyıq və biz güclüyük.

Mən son bir neçə il ərzində demişdim ki, dünya artıq əvvəlkidünya deyil. Güc amili ön plana çıxır və bunu biz etməmişik. Baxın,görün indi böyük dövlətlər beynəlxalq hüquqa məhəl qoyurlarmı?Xeyr. BMT Təhlükəsizlik Şurasına məhəl qoyurlarmı? Xeyr.İstədiklərini edirlər, hərə öz yerində, öz tərəfində, biri oragirib, biri bura girib, biri hansısa ərazini bölür. Beynəlxalqhüquqdan əsər-əlamət yoxdur. Biz onda bunu niyə müdafiə etməliyik?Halbuki, biz müdafiə edirik, beynəlxalq hüququn kənarında heç biraddım atmırıq. Ermənistan torpağına girmirik, beynəlxalq birliktərəfindən tanınmış torpaqlarımızı bərpa edirik. Əgər BMTTəhlükəsizlik Şurasının daimi üzvlər, Minsk qrupunun həmsədrləribunu edə bilməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar.Ermənistandan fərqli olaraq biz heç kimdən kömək istəmirik. Maneolmasınlar və Azərbaycan xalqının səbri ilə oynamasınlar. Sabah bumüharibə qurtaracaq, biz istədiyimizə nail olacağıq. Bəs, necəolacaq bizim münasibətlərimiz? Azərbaycan xalqı bu haqsızlığıunudacaqmı? Unutmayacaq. Bunu bir fikirləşsinlər. Azərbaycan indi odövlət deyil ki, onun maraqlarını kimsə kənara qoya bilər. Xeyr.Gün gələcək, gələcəklər xahişlərlə, təkliflərlə, əməkdaşlıqtəklifləri ilə. Bəs, hansı üzlə bizə baxacaqlar? Bu gün bütünimkanları səfərbər ediblər bizə qarşı. Mən bir ay buna dözürdüm,bir ay. Demirdim bunları, yığılmışıq boğaza. Bu, birincisi.

İkincisi, vasitəçi neytral olmalıdır. Neytral deyilsə, getsin öznamizədliyini geri götürsün. Vasitəçi neytral deyilsə, o, vasitəçiola bilməz. İndi vasitəçi ölkələr gərək yeni bir funksiyafikirləşsinlər, nə ilə məşğul olacaqlar? İndi artıq beş rayonunazad edilməsindən danışa bilməzlər, hanı 5 rayon, bizdədir onlarınartıq 4-ü. O məsələ artıq getdi, qurtardı getdi. Özümüz götürmüşük- Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı. Bu rayonların böyük hissəsibizdədir. Keçmiş Hadrut - indiki Xocavənd rayonunun bir hissəsibizdədir. Ona görə fikirləşsinlər.

Biz danışıqların əleyhinə deyilik. Dünən Amerikada baş verəndanışıqlar nəticəsində qərara gəlindi ki, bir neçə gündən sonraAzərbaycan və Ermənistan Xarici İşlər nazirləri Cenevrədəgörüşəcəklər. Mən etiraz etmirəm, görüşsünlər. Bu, 28 il ərzində oqədər mənasız görüş olub ki, biri artıq, biri əskik fərq etməz. Məndemək istəmirəm ki, bu görüşə mənasız görüş kimi baxıram. Yox. Bizistəyirik ki, bunun mənası olsun. Amma bu məna gərək münaqişəninhəllini tezləşdirsin. Ermənistanın havadarları, sizə deyirəm: busaxta dövləti xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın. Birsözünüzlə çıxa bilər, bir sözünüzlə. Əgər Ermənistana maliyyə,iqtisadi, hərbi, siyasi dəstək verilməsə, onlar ayaq üstə durabilərmi? Yox. Mən indi Azərbaycan xalqına bəzi məlumatlarıverəcəyəm, biz onların nə qədər texnikasını məhv etmişik. Hər kəshesablaya bilər, internetə girə bilər, baxsın o texnikanınqiymətinə və sual versin. Haradandır bu pul kasıb, yoxsul ölkədə?Problemlər içərisində çabalayan bir ölkədə haradandır bu pul? Nəqədər məhv etmişik, yenə də gətirirlər. Eybi yoxdur, gətirsinlər,özləri bilər.

İndiki mərhələdə bizim mövqeyimiz bundan ibarətdir və bizhazırıq ki, bu məsələ hərbi-siyasi yollarla həll olunsun. Amma həllolunsun. Atəşkəs deyiblər, eybi yoxdur, qoy olsun. Ermənistan bunupozub, hər bir pozuntunu biz qeydə alırıq, hər bir. Tapşırıqvermişəm, qeydə alınır, dərhal ATƏT-in nümayəndəsinə və atəşkəsdəmaraqlı olan digər ölkələrə göndərilir ki, baxsınlar, erməniləratəşkəsi nə qədər pozublar. Bizdə bütün məlumatlar var.Hərbi-siyasi həll yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpasıməsələsini reallaşdırmalıdır.

O ki qaldı, bizim dədə-baba torpaqlarımıza 200 il bundan əvvəlköçürülmüş ermənilərin gələcəyinə, mən demişəm ki, onlar da bizimvətəndaşlarımızdır. Onların da canı bu xuntadan qurtarılmalıdır.Əgər özləri canlarını qurtara bilmirlərsə, biz onlara köməkgöstərəcəyik. İndi Ermənistanın yeni hökuməti Paşinyanın simasındademirdi ki, Ermənistanı idarə edən adamlar cinayətkardır? Mən dəonu deyirdim. Bəs, necə oldu, Paşinyana qədər 20 il ölkəni idarəedənlər cinayətkardırsa, bu ölkə nədir? Cinayətkar ölkədir. Onlar -iki keçmiş prezident həm Qarabağda xunta başçısı olublar, sonra isəErmənistana rəhbərlik ediblər. Hər ikisi haqqında cinayət işiaçılıb. Cinayətkardırlar, Qarabağda yaşayan ermənilərin qanınıiçirdilər. Haradandır bunlarda bu qədər mal, dövlət, varidat?Haradan? Erməni xalqının qanını soraraq əldə ediblər. Bir dahadeyirəm, Dağlıq Qarabağda yaşayan ermənilər bizimvətəndaşlarımızdır. Azərbaycan xalqı da tolerant xalqdır. Oinsanların günahı yoxdur. Kimin günahı var, o cavab verir və məndemişəm ki, Azərbaycan xalqının qanı yerdə qalmayacaq və qalmır.Xocalı soyqırımını törədən cinayətkarlar son bir ay ərzindəki budöyüşlərdə artıq məhv edildi. Ədalət zəfər çaldı. Ona görə bir dahamövqeyimi bildirmək istəyirəm, biz mütləq bu torpaqlarahərbi-siyasi yollarla qayıdacağıq. Hərbi mərhələ bu gün başa çatabilər. Biz məsələni siyasi yollarla həll edəcəyik. Azərbaycanlılarqayıdır Şuşaya, azərbaycanlılar qayıdır Xankəndiyə. Əvvəlləryaşadığımız bütün başqa yerlərə qayıdır. Erməni əhali üçün şəraityaradılır, yavaş-yavaş bir yerdə yaşamağı öyrənməliyik, həm onlar,həm də biz. Mən məsələni belə görürəm və mənim bu yanaşmam həməxlaqa, həm beynəlxalq hüququn normalarına əsaslanır. Ermənistanisə istəyir ki, bizi oradan qovsun, ondan sonra etnik təmizləməaparsın, bizim abidələrimizi erməniləşdirsin, xaricdən ermənilərigətirsin oraya. Bəs, Cəbrayıla yol çəkirdin, Paşinyan? Nə oldu?Hanı bu yol? Bəs, Şuşada parlament binası tikirdin? Nə oldu o?Cəhənnəmə getdi.

Mən bir daha demək istəyirəm ki, bizi heç bir qüvvə yolumuzdandöndərə bilməz. Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlarmasasında da yeni reallıq yaradıbdır.

İndi isə əziz xalqıma bəzi məlumatlar vermək istəyirəm.Sentyabrın 27-dən başlayaraq bu günə qədər Ermənistanın məhvedilmiş və hərbi qənimət götürülmüş texnikasının bir hissəsininsiyahısını təqdim edirəm. Deməli, tank – 252 tank məhv edilib, 53tank qənimət kimi götürülüb. Toplam 305 tankdan Ermənistan məhrumedilib. Amma hələ tankları var. Görün nə qədər tank olub onlarda.Piyadaların döyüş maşını – 50-si məhv edilib, 29-u qənimət kimigötürülüb – cəmi 79 ədəd. Müxtəlif çaplı toplar – 251-i məhvedilib, 24-ü qənimət kimi götürülüb, cəmi 275. Minaatan – 61-i məhvedilib, 45-i qənimət kimi götürülüb, toplam 106. Tank əleyhinəvasitə - 53-ü məhv edilib. 82 "Qrad" qurğusu məhv edilib. 2"Uraqan" Yaylım Atəşli Raket Sistemi, 1 "TOS" məhv edilib.Zenit-raket kompleksləri - 4 "TOR", 40-a yaxın "OSA", 4 "KUB", 1"KRUQ", 2 "S-125" qurğusu məhv edilib. "S-300" ən bahalıqurğulardan biridir, 6 "S-300" atıcı qurğusu məhv edilib. Biraşkaretmə stansiyası, bir lokator. Qiyməti bəllidir. Hər kəshesablaya bilər. Əməliyyat taktiki raket kompleksləri – Elbrus,ikisi məhv edilib, "Toçka-U" biri məhv edilib. Yük avtomobilləri –231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yükavtomobili hərbi qənimət kimi götürülüb. Biz düşməni toplam 404 yükavtomobilindən məhrum etmişik.

İndi bir daha sual verirəm. Hər dəfə bu sualı verirəm vəverəcəyəm. Cavab gələnə qədər verəcəyəm. Haradandır bu pul,haradan? Müşahidəçilər, vasitəçilər, politoloqlar, ermənipərəstlərdesinlər ki, haradan gəlir? Bizim pulumuz var, hər şey şəffaf. Nəqədər pulumuz var Azərbaycan xalqı bilir, dünya bilir, hər kəsbilir. Öz pulumuzla alırıq. Heç kimdən də asılı deyilik. Bu, borciçində olan, müflisləşən ölkə haradan alıbdır? Ermənistanın xaricidövlət borcu təxminən 8 milyard dollardır. Valyuta ehtiyatları isə1,5 milyard dollardır. Özü də bu, sərbəst vəsait deyil, bu, bankrezervləridir. Onlardan istifadə edə bilməz. Əgər istifadə etsə,onların dırnaqarası valyutası da kəllə-mayallaq gedəcəkdir. Kimverib sənə bu qədər silahı? Niyə soruşan yoxdur? Bu bir ay ərzində,demək olar ki, mən hər gün müsahibə verirəm. Mənə sual verilir ki,Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən cavab verməkdənyorulmuşam. Gedin açın, peykiniz var, görmürsünüz nə gəzir? Gedinbaxın F-16 neyləyir, havadadır, yerdədir? Hər kəs bilir ki,yerdədir. Özü də təlimlər üçün gəlib və müharibə başlayandaqalıbdır. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək verməküçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan təcavüzolarsa, o F-16-ları görəcəklər onlar. Yaxşı, orada, aeroportda cəmi5-6 təyyarə qalıbdır. Bu barədə hər dəfə sual verirlər. Yaxşı, mənbu suallara cavab verirəm. Amma Ermənistana da, silahları onlaraverənlərə də sual verin. Verin bu sualları, nə üçün silah verirsən?Pulunu vermisənmi? O silahları istehsal edən ölkələrin vətəndaşlarıbilirlərmi ki, bir ay ərzində onların nə qədər malı batıb? Bizonların nə qədər silahlarını məhv etmişik? Bir nəfər jurnalist busualı vermir mənə. Maraqlı deyilmi? Maraqlıdır. Eybi yoxdur. Bizbuna artıq öyrəşmişik ki, bütün bu illər ərzində Azərbaycanhaqqında iftiralar, yalanlar, uydurmalar baş alıb gedirdi. İndiXarici mətbuat da, Azərbaycan xalqı da görür ki, mən bütün busuallara cavab verirəm və necə lazımdır. Onların səviyyəsinə dədüşmürəm. Heç vaxt. Necə lazımdır cavab verirəm də, susurlar da.Çünki cavab verə bilmirlər. Deyirəm get güzgüyə bax, sən buradabizi ittiham etməyə gəlmisən? Sual vermir. Elə bil ki prokurordur,ittiham edir bizi. Sən kimsən ki? Jurnalistlərə mənim hörmətimböyükdür. Buna görə ondan istifadə edirlər. Mən onlarla beləmülayim tərzdə danışıram. Amma bilirlər ki, istənilən formadadanışa bilərəm onlarla. Bax, budur reallıq. Bizə qarşıdır bureallıq. Amma biz reallığı dəyişdirdik. Bu yeni siyahılar bir dahagöstərir ki, biz reallığı dəyişdirdik.

İndi Azərbaycan xalqının səbirsizliklə gözlədiyi siyahılarıböyük məmnuniyyət və qürur hissi ilə xalqımın diqqətinəçatdıracağam.

Beləliklə, dünən azad edilmiş yaşayış məntəqələrinin siyahısınıdoğma xalqıma çatdırıram. Zəngilan rayonunda azad edilmiş kəndlər:Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd. Cəbrayılrayonunun azad edilmiş kəndləri: Qovşudlu, Sofulu, Dağ Maşanlı,Kürdlər, Hovuslu, Çələbilər. Qubadlı rayonunun dünən azad edilmişyaşayış məntəqələri: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas,Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri!

Dünən mən artıq bu barədə Azərbaycan xalqına bu sevincli xəbəriverdim. Bir daha bu şad xəbəri bütün Azərbaycan xalqına çatdırmaqistəyirəm. Zəngilan, Cəbrayıl, Qubadlı rayonunun sakinlərinə, bukəndlərdə yaşamış sakinlərə xoş xəbər çatdırmaq mənim üçün böyükşərəfdir. Düzdür, o kəndlərdən bir şey qalmayıb. Eybi yoxdur, bərpaedəcəyik. Azərbaycan xalqının da, dövlətinin də buna gücü çatacaq.Təki torpağımız azad olsun. Təki bayrağımız işğaldan azad edilmişbütün torpaqlarda qaldırılsın. Biz əsgərlərimizin, zabitlərimizincanı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında,həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik.Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməzxalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heçbir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqqyolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədiolacaq!

Əziz həmvətənlər, mən hələ müharibənin ilk günlərində sizə sözvermişdim ki, biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədərqovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Məqalədə:
Seçilən
109
35
az.trend.az

10Mənbələr