![Donald](https://ulusum.az/uploads/posts/2025-01/33cc08a476_tr9_1100.webp)
Donald Tramp yeni prezidentlik müddətində ilk dəfə Ağ Evə gəlib. Bu barədə ABŞ mediası məlumat yayıb."Tramp rəsmən prezident kimi Ağ Evə qayıtdı", – Associated Press xəbər verir.Agentliyin məlumatına görə, o, yerli vaxtla saat 19:00-dan sonra birinci xanım Melaniya Tramp, oğlu Barron və qayınatası ilə birlikdə Ağ Evin qapılarından içəri daxil olub.NBC News telekanalı bildirib ki, Tramp, bayram tədbirlərinə yollanmadan əvvəl bir müddət Ağ Evdə qalacaq.20 yanvarda Tramp rəsmi olaraq ABŞ-ın 47-ci prezidenti oldu.Səidə
Diqqət Çəkənlər
Bu gün 20 YANVAR günüdür
ABŞ-da yeni seçilmiş prezident Donald Trampın rəsmi inauqurasiya mərasimi keçirilir - VİDEO
Xoşbəxtliyi hiss etməyə kömək edəcək "yavaş" həyat fəlsəfəsini öyrənək