AZ

Kişilərdə testosteron səviyyəsinin azalması emosional dəyişikliklərə səbəb ola bilər

Kişilərdə

30-40 yaşlarından sonra hər kişidə təbii olaraq testosteron səviyyəsinin azalması baş verir ki, bu da "kişi klimaksı" adlandırılan vəziyyətin inkişafına səbəb olur. Bu dəyişikliklər hər kişidə fərqli olur, amma həkimlər müəyyən qeyri-adi əlamətləri də qeyd edirlər. Onlar arasında aşağıdakıları qeyd etmək olar:Yuxu problemləri: Hormon səviyyələrindəki dəyişikliklər yuxusuzluğa və daha az dərin yuxuya səbəb ola bilər.Əhval-ruhiyyə dəyişiklikləri: Depressiya, əsəbilik və ya ümumi narahatlıq hissi müşahidə oluna bilər.Azalmış libido: Cinsi istəklərdəki azalma kişi klimaksının əlaməti ola bilər.Əzələ və sümük zəifləməsi: Testosteron səviyyəsinin azalması, əzələlərin zəifləməsinə və sümük sıxlığının azalmısına səbəb ola bilər.Pəhriz və çəki dəyişikliyi: Hormonların dəyişməsi nəticəsində bədəndə yağ yığılması artıb, bəzən qarın nahiyəsində piylənmə baş verə bilər.Hafizə və diqqət problemləri: Testosteron səviyyəsinin azalması, yaddaş və konsentrasiya məsələlərində çətinliklərə yol aça bilər.İştahanın artması və ya azalması: Bəzi kişilər, klimaks dövründə iştahada dəyişikliklər hiss edirlər.Bu dəyişikliklər təbii bir prosesin nəticəsidir, amma bunlar həyat keyfiyyətini təsir edə bilər, buna görə də müvafiq tibbi məsləhət almaq faydalıdır.Səidə

Diqqət Çəkənlər

Bakıda “Sənətin Qardaşlıq Rəngi” adlı beynəlxalq plener-simposiumu keçirilib

AP: İraqda uşaqlarla evlənməyə icazə verən qanun layihəsi parlament tərəfindən rəsmi olaraq qəbul edilib

AQTA: İrandan gətirilən 20 min kq-dan çox uyğunsuz qida məhsullu məhv edilib

Seçilən
29
47
ulusum.az

10Mənbələr