AZ

Azərbaycan ABŞ-lə strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqda maraqlıdır - DEPUTAT

Azərbaycan ABŞ-lə uzunmüddətli enerji, nəqliyyat-logistika, terrorizmlə mübarizə sahələrindəki uğurlu əməkdaşlıqdan çıxış edərək, münasibətlərə yeni məzmun verilməklə strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqda maraqlıdır.

"Hərbi büdcəsi 824 milyard ABŞ dollarından çox olan ABŞ-ın yeni Prezident Administrasiyası NATO üzvü olan Avropa tərəfdaşlarından müdafiələrinin təşkili ilə bağlı xərclərini özlərinin təmin etməsi üçün hərbi xərclərini ÜDM-in 5% həcminədək qaldırmasını tələb edir. Hazırda əksər Avropa dövlətlərində bu xərc 2-3 faiz arasında dəyişir".

Operativ Media xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev deyib.

"Rusiya-Ukrayna müharibəsinin dayandırılması və məsələnin həlli ilə bağlı müzakirə olunan əsas məsələlərdən biri Avropanın ümumi təhlükəsizlik axritekturası gələcəyi, Rusiya və NATO dövlətləri arasında təhlükəsizlik qarantiyası ilə bağlıdır. Xüsusi ilə birinci məsələ kontekstində Cənubi Qafqaz dövlətlərinin təhlükəsizliyi ilə bağlı məsələlər də hansısa formada müzakirə predmetində yer ala bilər.

Rusiya rəhbərliyi ABŞ-nin yeni administrasiyası ilə görüşə hazırlıq istiqamətində regional və qlobal mövqelərini möhkəmləndirir, İranla Kremldə hərtərəfli strateji tərəfdaşlıq haqqında sənəd imzalandı, Çinlə dövlət başçıları səviyyəsində onlayn formatda keçirilən görüşdə dostluq münasibətləri və çoxqütblü dünya düzəninin əhəmiyyəti vurğulandı. Rusiya üçün prioritet məsələ ABŞ-lə və Avropa dövlətləri ilə Ukrayna ilə bağlı məsələyə dair danışıqlarda güclü mövqedən çıxış etmək və daha çox siyasi və hərbi-təhlükəsizlik güzəşti əldə etməkdir.

Azərbaycan ABŞ-lə uzunmüddətli enerji, nəqliyyat-logistika, terrorizmlə mübarizə sahələrindəki uğurlu əməkdaşlıqdan çıxış edərək, münasibətlərə yeni məzmun verilməklə strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqda maraqlıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ABŞ-ın 47-ci Prezidenti Donald Trampa ünvanladığı təbrik məktubunda da bu faktorlar bir daha vurğulanmışdır: “Azərbaycan ilə Birləşmiş Ştatlar özlərinin milli təhlükəsizlik maraqları əsasında qlobal çağırışlara və təhdidlərə, beynəlxalq terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə daim sıx əməkdaşlıq ediblər.”

Azərbaycan öz qazını Cənub Qaz Dəhlizi vasitəsi ilə və neftini Bakı-Tbilissi-Ceyhan neft kəməri vasitəsinilə Türkiyənin Aralıq dənizi limanı Ceyhana ixrac etməklə ABŞ-ın Avropadakı NATO üzvü olan müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına sabit şəkildə töhfə verir. Enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ən vacib komponentlərindən olması, həmin dövlətlərin milli təhlükəsizliyinin təminində Azərbaycanın dost və etibarlı dövlət kimi oynadığı rolu və funksiyanı təsdiqləyir. Müstəqilliyimizin ilk illərində transmilli enerji şirkətləri ilə birgə Azərbaycanın Xəzər dənizi sektorundakı neft və qaz ehtiyatlarının istismarı və ixracı ilə bağlı fəaliyyətin həyata keçirilməsində ABŞ hökumətinin siyasi və investisiya dəstəyi mühüm rol oynayıb".

Seçilən
30
24
operativmedia.az

10Mənbələr