1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev məlumat verib.


Belə ki, hadisə saat 20:05-də yolun 140-cı kilometrliyində qeydə alınıb.
90-ZD-873 dövlət qeydiyyat nişanlı "KIA Sportage"i idarə edən qadın sürücü avtomobili aşırıb.
Hadisə nəticəsində maşında olan 5 nəfər xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.