AZ

DİN: Ötən gün 15 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Bakı, 1 fevral, AZƏRTAC

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən gün ümumi çəkisi 15,8 kiloqramdan artıq narkotik vasitə, həmçinin 44 psixotrop tərkibli həb aşkar olunaraq götürülüb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

 

Seçilən
37
1
azertag.az

10Mənbələr