Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinin oyunlarının təqvimi açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
İlk olaraq fevralın 11-də dörd qarşılaşma keçiriləcək. Bir gün sonra baş tutacaq növbəti 4 görüşdən sonra isə pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Xatırladaq ki, UEFA Çempionlar Liqasında birbaşa 1/8 finala vəsiqə qazanmış aşağıdakı komandalar pley-offdan azaddırlar:
“Liverpul”, “Arsenal”, “Aston Villa” (hamısı İngiltərə), “İnter” (İtaliya), “Barselona”, “Atletiko” (hər ikisi İspaniya), “Bayer” (Almaniya), “Lill” (Fransa). Pley-off mərhələsinin qalibləri 1/8 finalda məhz bu komandalarla üz-üzə gələcəklər. Növbəti mərhələnin püşkatma mərasimi fevral ayının 21-də təşkil olunacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunları
11 fevral
21:45. “Brest” (Fransa) – PSJ (Fransa)
00:00. “Yuventus” (İtaliya) – PSV (Niderland)
00:00. “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya)
00:00. “Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya)
12 fevral
21:45. “Brügge” (Belçika) – “Atalanta” (İtaliya)
00:00. “Seltik” (Şotlandiya) – “Bayern” (Almaniya)
00:00. “Feyenoord” (Niderland) – “Milan” (İtaliya)
00:00. “Monako” (Fransa) – “Benfika” (Portuqaliya)
Pley-offun cavab oyunları
18 fevral
21:45. “Milan” (İtaliya) – “Feyenoord” (Niderland)
00:00. “Benfika” (Portuqaliya) – “Monako” (Fransa)
00:00. “Bayern” (Almaniya) – “Seltik” (Şotlandiya)
00:00. “Atalanta” (İtaliya) – “Brügge” (Belçika)
19 fevral
21:45. “Borussiya” (Dortmund, Almaniya) – “Sportinq” (Portuqaliya)
00:00. PSJ (Fransa) – “Brest” (Fransa)
00:00. PSV (Niderland) – “Yuventus” (İtaliya)
00:00. “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə)