2024-cü il ərzində Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 167 mln. 711 min manat təşkil edib.
İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.9% və ya 3 mln. 219 min manat azdır. Belə ki, 2023-cü ildə 170 mln. 930 min manat sığorta haqqı toplanılmışdı.
Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 129 mln. 997 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 32.8% və ya 32 mln. manat çoxdur. 2023-cü ildə bu sığorta növü üzrə ödənişlərin həcmi 97 mln. 909 min manat olub.
Sığorta yığımlarının azalması, ödənişlərin isə artması son bir ildə NVSMMİS üzrə zərərliliyi 35.3% artırıb. Belə ki, 2023-ci ildə sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 57.3 manatını ödənişə yönəltmişdirsə, ötən il bu rəqəm 77.5 manata yüksəlib.
APA