UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarının təqvimi açıqlanıb.
Publika.az xəbər verir ki, ilk olaraq fevralın 11-də 4 qarşılaşma keçiriləcək. Bir gün sonra baş tutacaq növbəti 4 görüşdən sonra isə pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Cavab görüşləri isə 1 həftə sonra - fevralın 18-də və 19-da baş tutacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
11 fevral
21:45. “Brest” (Fransa) – PSJ (Fransa)
00:00. “Yuventus” (İtaliya) – PSV (Niderland)
00:00. “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya)
00:00. “Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya)
12 fevral
21:45. “Brügge” (Belçika) – “Atalanta” (İtaliya)
00:00. “Seltik” (Şotlandiya) – “Bayern” (Almaniya)
00:00. “Feyenoord” (Niderland) – “Milan” (İtaliya)
00:00. “Monako” (Fransa) – “Benfika” (Portuqaliya)