Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1300 hərbçisini itirib.
Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 841 min 660 nəfərə çatıb.
Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 12 tank, 51 artilleriya sistemi və 18 zirehli döyüş maşınını məhv edib.
Daşqın HəsənovMissiya.Az