AZ

8 aylıq körpənin üzərinə qaynar su töküldü: Vəziyyəti ağırdır

Şamaxıda bədbəxt hadisə baş verib.

"Cebheinfo.az"  Bakupost.az-a istinadən xəbər verir ki, rayonun 1 saylı Çaylı kənd sakini 8 aylıq körpə Bəşirov Yusif Nurlan oğlu evdə oynayarkən peçin üzərində olan qaynar su üzərinə dağılıb.

Hadisə nəticəsində ağır bədən yanıqları alan körpənin vəziyyətinin ağır olması səbəbindən Bakıda yerləşən xəstəxanalardan birinə çatdırılıb.

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, ötən gün saat 05:30 radələrində 2024-cü il təvəllüdlü (kişi cinsli) azyaşlı müxtəlif yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Ona hər iki saidin və əllərin II-III dərəcəli yanığı diaqnozu təyin olunub.

Hazırda azyaşlının müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

"Cebheinfo.az" 

Seçilən
66
32
cebheinfo.az

10Mənbələr