AZ

Həftəsonu 50 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb

DİN: Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 1-də və 2-də ümumi çəkisi 50 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 11,3 kiloqramdan artıq heroin, 30,9 kiloqramdan çox marixuana, 4,8 kiloqramdam artıq tiryək, 2,9 kiloqrama yaxın metamfetamin, həmçinin 80 ədəd psixotrop tərkibli həb olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Seçilən
30
4
operativmedia.az

10Mənbələr