AZ

Sənaye sahəsinə verilən biznes kreditlərinin həcmi bir ayda - 40 MİLYON MANAT AZALIB

2025-ci ilin yanvarın 1-nə Azərbaycan banklarının sənaye sahəsinə verilmiş biznes kreditlərinin həcmi 2 milyard 711,3 milyon manat təşkil edib.

FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.

Bu növ kreditlərin həcmi aylıq müqayisədə 39,9 milyon manat (1,5%) azalıb, illik müqayisədə 367,4 milyon manat (15,4%) böyüyüb.

Qeyd edək ki, sənaye sahəsinə verilmiş biznes kredit portfeli 2024-cü ilin dekabrın 1-nə 2 milyard 751,2 milyon manat,  ötən ilin eyni dövrünə 2 milyard 343,9 milyon manat  təşkil edib.

Xatırlatma üçün bildirək ki, 2025-ci ilin yanvarın 1-nə Azərbaycan banklarının cəmi biznes kredit portfeli 14 milyard 787,2 milyon manat təşkil edib.

FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.

Biznes kredit portfeli aylıq müqayisədə 40,5 milyon manat (0,2%), illik müqayisədə 2 milyard 170,4 milyon manat (17,2%) böyüyüb.

Qeyd edək ki, ümumi biznes kredit portfeli 2024-cü ilin dekabrın 1-nə 14 milyard 746,7 milyon manat,  ötən ilin eyni dövrünə 12 milyard 616,8 milyon manat  təşkil edib.

Seçilən
32
6
fed.az

10Mənbələr