AZ

Suriya prezidenti Əhməd Şara sabah Türkiyəyə səfər edəcək

Son xəbərlərə görə, Suriyanın keçid dövrü prezidenti Əhməd Şara Türkiyəyə səfər edəcək.
Sitat.info xəbər verir ki, Türkiyə Prezidenti Adminstrasiyasının Kommunikasiyalar Direktoru Fahrettin Altun Əhməd Şaranın Ankaraya səfəri ilə bağlı bu açıqlamanı verib:

"Suriya Ərəb Respublikasının müvəqqəti prezidenti Əhməd Şara prezidentimiz Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 4-də Ankaraya səfər edəcək. Danışıqlar zamanı Suriyadakı son hadisələr bütün aspektlərdə müzakirə olunacaq. Görüş Prezident Külliyesinde keçiriləcək və ölkədəki iqtisadi dirçəliş, davamlı sabitlik və təhlükəsizliyin qurulması üçün iki ölkənin atacağı ortaq addımlar da müzakirə ediləcək. Suriyanın azadlığını qazanmasından sonra yenidən qurulan Türkiyə-Suriya əlaqələrinin, cənab Əhməd Şəra və onun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri ilə güclənəcəyinə  inanırıq". 

Nigar,

Sitat.info

Seçilən
11
50
sitat.info

10Mənbələr