AZ

Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevralda birgə ödəniləcək - Himalay Məmişov

Bakı. Trend:

Prezident İlham Əliyevin yeni “Əmək pensiyalarınınindeksləşdirilməsi haqqında” Sərəncamı bu ilin əvvəlindənreallaşdırılan yeni sosial islahat paketi çərçivəsində pensiyalardada növbəti artımların təmin edilməsinə, pensiyaçıların sosialmüdafiəsinin gücləndirilməsi sahəsində ardıcıl xarakter alantədbirlərin bu il də uğurla davam etdirilməsinə imkan yaradır.

Trend xəbər verir ki, bunudövlət başçısının yeni Sərəncamı ilə pensiyalarınindeksləşdirilərək artırılmasına dair keçirilən mətbuatkonfransında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovvurğulayıb.

Sədr bildirib ki, sərəncamla 2025-ci il yanvarın 1-dək təyinedilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdimetdiyi məlumata əsasən, 2024-cü il üzrə orta aylıq əməkhaqqınınillik artımına uyğun olaraq 8,1 faiz indeksləşdirilməklə bu ilin 1yanvar tarixindən artırılır.

"Pensiya artımları pensiyaçıların hər hansı sənəd təqdimetmələrinə, müraciətinə ehtiyac qalmadan, elektron sistem üzərindənavtomatik şəraitdə həyata keçirilir. Yanvar ayı üzrə pensiyalaraedilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək.

Pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara(o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizəorqanları əməkdaşları və b.), yəni, 1,1 milyon pensiyaçıya şamilolunur və bu artımlar üçün illik əlavə olaraq 534 milyon manatvəsait ayrılıb", - o əlavə edib.

Sədrin sözlərinə görə, dövlətimizin başçısının Sərəncamı iləistehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğunolaraq sığortaolunanların fərdi hesablarında 2025-ci il yanvarın1-dək qeydə alınmış pensiya kapitalları da 2,2 faizindeksləşdirilərək artırılır.

"Bu da işləyən şəxslərin fərdi hesablarındakı pensiyakapitallarının yalnız hər ay üzrə əməkhaqlarından sosial sığortaayırmaları əsasında deyil, həm də hər ilin əvvəlində dövləttərəfindən indeksləşdirilmə əsasında artırıldığını da göstərir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü iltarixli Sərəncamına uyğun olaraq, reallaşdırılan yeni sosialislahat paketi çərçivəsində 2025-ci ilin əvvəlindən minimuməməkhaqqı 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb, özəlsektor da daxil olmaqla bir sıra sahələrdə əməkhaqlarıartırılıb.

Habelə fevralın 1-dən minimum pensiyanın 280 manatdan 14,3 faizartımla 320 manata çatdırılması nəzərdə tutulub. Müavinət vətəqaüdlər də yaxın aylarda artırılacaq.

Ümumilikdə bu ilin əvvəlindən həyata keçirilən növbəti sosialislahat paketi üzrə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 1,4milyard manat vəsait ayrılıb və həmin artımlar 3 milyon vətəndaşıəhatə edir", - Məmişov vurğulayıb.

Məqalədə:
Seçilən
19
31
az.trend.az

10Mənbələr