AZ

Pensiyaya artım nə vaxtdan veriləcək? - DSMF sədri açıqladı

"Yanvar ayı üzrə pensiyalara əlavələr fevralda birgə ödəniləcək".

Mia.az xəbər verir ki, bu məlumatı  Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov deyib.

Onun sözlərinə görə, dövlət başçısının Sərəncamı ilə istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da 2,2 faiz indeksləşdirilərək artırılır: "Bu da işləyən şəxslərin fərdi hesablarındakı pensiya kapitallarının yalnız hər ay üzrə əməkhaqlarından sosial sığorta ayırmaları əsasında deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilmə əsasında artırıldığını da göstərir".

Seçilən
22
1
mia.az

10Mənbələr